Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var
Pekin, 21 aprel, AZƏRTAC
Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterin dəniz üzərində təlim uçuşu zamanı toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında “SH-60K” tipli helikopterlərin İzu adalar qrupu üzərində uçuşu zamanı baş verib. Yaponiyanın Müdafiə Nazirliyi dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqənin yerli vaxtla saat 22:38-də kəsildiyini açıqlayıb. Ən qısa zamanda axtarış işlərinə başlanılıb. Hər birində 4 heyət üzvü olan helikopterlərin bir-biri ilə toqquşduğu bildirilir. Axtarış işlərinin gedişində bir nəfərin meyiti tapılıb. Bundan başqa, helikopterlərin hissələri də aşkarlanıb. Hazırda digər 7 nəfərin axtarışları davam edir.
Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib ki, hadisədən sonra özünü müdafiə qüvvələrinin bütün “SH-60K” tipli helikopterlərinin uçuşu dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]