Yaponiyanın mərkəzi rayonlarına tropik qasırğa yaxınlaşır
Tokio, 27 iyul, AZƏRTAC
Yaponiyanın mərkəzinə və qərb hissəsinə yaxınlaşan tropik qasırğa özü il güclü yağış, torpaq sürüşmələri və daşqın gətirir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, şənbə günü səhər tropik qasırğa Mie prefekturasına çatıb. Sinoptiklər tropik qasırğanın yolu üzərində olan Kinki, Tokay və Kanto-Koşin regionlarında leysan yağışları və mümkün torpaq sürüşmələri barədə xəbərdarlıq yayıblar.
Meteoroloji idarənin nümayəndələrinin bildirdiyinə görə, qasırğanın hərəkət etdiyi yerlərdə və bu zonaya yaxın olan ərazilərdə 100 millimetrdən 200 millimetrədək yağıntı düşəcəyi gözlənilir.
Sinoptiklər, həmçinin Kinki və Tokay regionlarında, Tokionun cənubunda yerləşən İzu adasında güclü külək və yüksək dalğalar barədə xəbərdarlıq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]