Yaponiyanın Müdafiə Nazirliyi müxalifət partiyalarından üzr istəyib
Tokio, 4 aprel, AZƏRTAC
Yaponiyanın Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin quru qoşunlarının fəaliyyəti ilə bağlı protokol qeydlərini ötən ilin fevralında parlament debatları zamanı təqdim edə bilmədiyinə görə üzr istəyib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, özünümüdafiə qüvvələrinin quru qoşunlarının İraqdakı missiyası barədə tapılan gündəlik protokollarla bağlı nazirliyin əməkdaşları altı müxalifət partiyasının deputatları ilə görüşüblər.
Nazirliyin nümayəndələri bildiriblər ki, parlamentin sessiyası zamanı tələb olunan sənədlər işin çoxluğu ilə bağlı kifayət qədər vaxt olmadığına görə həmin günlər təqdim edilə bilməyib.
Deputatlar isə bildiriblər ki, nazirlik həmin sənədləri aşkar etmək üçün kifayət qədər cəhd göstərməyib.
Özünümüdafiə qüvvələrinin quru qoşunlarının qərargahı həmin protokolları yanvar ayında aşkar etsə də, onların tapıldığını yalnız aprelin 2-də elan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]