“YARAT”da izlənilən növbəti film “Ol” adlanıb
Bakı, 11 iyul, AZƏRTAC
Kinosevərlər “YARAT” Müasir İncəsənət Mərkəzində maraqlı film izləyiblər.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Ol” adlı ekran əsəri ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır.
Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar.
Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şahzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır. Lakin heç bir çətinliyə baxmayaraq qardaşlar qarşılarına çıxan hər bir əngələ sinə gəlib, həyata, gözəlliyə, insanlara “Ol” deyirlər.
Film Azərbaycan dilində nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]