Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yardımlı şəhərinə içməli su verilmişdir VİDEO

Bakı, 4 sentyabr (AZƏRTAC). Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, bu ilin avqustunda parkda başlanmış tikinti işləri hazırda davam etdirilir. Parkın ümumi ərazisi yarım hektardır. Burada istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını - Yardımlıya içməli suyun verilməsini qeyd edirik.

Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır.

Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Biz bütün bu işləri davam etdirməliyik. Xüsusilə növbəti illərdə sahibkarlığın inkişafı ilə bağlı daha da böyük tədbirlər görülməlidir. Ölkə üzrə bütövlükdə sahibkarlıq sürətlə inkişaf edir. Yeni kənd təsərrüfatı müəssisələri yaradılır. Hesab edirəm ki, Yardımlı rayonunda da bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Kənd sakinlərinə maliyyə yardımı göstərilməlidir ki, onlar daha da böyük şəkildə və özləri üçün daha da səmərəli qaydada bizneslə məşğul ola bilsinlər.

İçməli su layihəsi isə rəmzi xarakter daşıyır. Çünki bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Digər tərəfdən, Azərbaycanın dövlət siyasətini göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İçməli su insan orqanizmi üçün əsas məsələdir. Ona görə, Yardımlıya təmiz içməli suyun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Yardımlı dağlıq rayondur. Burada da başqa yerlərdə olduğu kimi bütün infrastruktur layihələri icra edilir və edilməlidir. Dediyim kimi, son yeddi-səkkiz ilin tarixi onu göstərir. Yol, işıq, qaz, su, əlbəttə ki, rayonun abadlığı. Bu istiqamətdə də işlər görülübdür. Yardımlı inkişaf edir. Gözəl binalar tikilir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Əvvəlki səfərlərimdə məktəblər, uşaq bağçaları açılmışdır. İndi buna ehtiyac vardır. Gələcəkdə bu işlər də görüləcəkdir.

Mən bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Gələcəkdə bizim görüşlərimiz hələ çox olacaqdır. Çünki Yardımlıda başqa müxtəlif layihələr də icra ediləcəkdir. Bütün açılışlarda bərabər olacağıq.

SAKİNLƏR: İnşallah.

X X X

Yardımlının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən rayon sakini Feyruz SULTANOV dedi:

- Hörmətli cənab Prezident, Yardımlıya xoş gəlmisiniz. Yardımlılar Sizi ürəkdən sevir, sizin fəaliyyətinizi bəyənir və Sizinlə birlikdədirlər. Sizin bugünkü gəlişiniz isə elə bir vacib məsələyə həsr olunub ki, bu, həm savabdır, həm də xalqın Sizə duası bəsdir. Bundan əvvəl qadınlar, uşaqlar, gənclər istifadə etmək üçün müxtəlif mənbələrdən mənşəyi bilinməyən su daşıyırdılar. Əhalimiz keyfiyyətsiz sudan istifadə etməyə məcbur idilər. İndi isə Siz bu gəlişinizlə yardımlılılara böyük töhfə verirsiniz - təmiz, saf suyun açılışını edirsiniz. Saf su isə insan orqanizmi üçün əvəzolunmaz bir nemətdir. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin, işiniz avand olsun.

Hörmətli cənab Prezident! Yardımlı durmadan inkişaf edir. Yardımlı simasını dəyişib. Sizin sayənizdə yeni parklar, yeni küçələr, yeni evlər, yeni inzibati binalar tikilir. Ona görə bir daha təkrar edirəm ki, yardımlılılar Sizi çox sevirlər. Yardımlı inkişaf edib, gözəlləşib, tanınmaz dərəcədə dəyişib. Respublikamızın inkişafı göz qabağındadır. Bunu inkar etmək olmaz. Bunu artıq bizim xarici dostlarımız da, bizi istəməyən dövlətlər də qeyd edirlər. Azərbaycan sürətlə inkişaf edir. Biz bundan sonrakı, fəaliyyətimizdə balalarımızın, nəvələrimizin firavan yaşayışını da məhz Sizin rəhbərliyiniz altında görmək istəyirik. Bu belə də olacaqdır. Siz uzun illər bizim rəhbərimiz olacaqsınız və biz də Sizin ətrafınızda varıq. Yardımlıya xoş gəlmisiniz, Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, doğrudan da, böyük hadisədir. Bir daha demək istəyirəm ki, Yardımlıda görülən işlər məni çox sevindirir. Çünki vaxtilə burada başlanmış bu proqram uğurla icra edilir. Rayon inkişaf edir. Rayonun böyük potensialı vardır. Mən çox şadam ki, biz həm qazın, həm içməli suyun çəkilişinə nail olduq, elektrik xətləri çəkilibdir. Gələcəkdə Olimpiya İdman Mərkəzinin, digər sosial obyektlərin tikintisi nəzərdə tutulur. Hələ qəzalı vəziyyətdə olan məktəblər vardır. Onların hamısı əsaslı şəkildə təmir ediləcəkdir. Yəni, siz bilirsiniz ki, hər bir rayon üçün konkret proqram vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkibində Yardımlının inkişafı nəzərdə tutulub. Son on il ərzində bu proqram artıqlaması ilə icra edilibdir. Deyə bilərəm ki, iki dövlət proqramında nəzərdə tutulmuş bütün məsələlər həll olunur. Bunu Yardımlının timsalında görə bilərik.

Ancaq hələ həll olunmalı məsələlər vardır. Biz onları bilirik. Rayonlara, bölgələrə səfərlərimin səbəblərindən biri də ondan ibarətdir ki, biz bu problemləri aşkar edək, mən sizdən eşidim əlavə nə etmək lazımdır. Hansı məsələlər insanları narahat edir, növbəti illərdə onları da həll edək. Çünki biz indi uğurla inkişaf edirik. Belə güclü iqtisadiyyat yaratmışıq ki, biz istənilən məsələni həll edə bilək. Biz dağlara yollar, su və qaz xətləri çəkirik. Elə məsələ yoxdur ki, biz onu həll edə bilməyək. Çünki güclü iqtisadiyyat yarada bilmişik. Bu iqtisadiyyat imkan verir ki, biz sosial məsələlərin həllinə də vəsait ayıraq. Bax bütün bu layihələr böyük vəsait tələb edir. Bu dağlarda çəkilən su, qaz, elektrik xətləri, yollar - bütün bunlar dövlət büdcəsi, yaxud da ki, Prezidentin ehtiyat fondu hesabına, - o da dövlət büdcəsinin bir hissəsidir - reallaşır. Güclü iqtisadiyyat olmasa, bu layihələr icra edilə bilməz. Bu gün Azərbaycan elə bir sürətlə inkişaf edir ki, istənilən məsələ öz həllini tapa bilər. Təki biz bilək ki, hansı məsələlər vardır və onlar necə həll edilməlidir. İnsanları narahat edən əsas məsələlər nədir ki, onlar öz həllini tapsın. Bax, indi hazırlanan üçüncü regional inkişaf proqramı da daha çox yerlərdən gələn təkliflər əsasında tərtib olunacaq və 2014-2018-ci illəri əhatə edəcəkdir. Çalışmaq lazımdır ki, qalan bütün sosial infrastruktur məsələlər növbəti beş il ərzində öz həllini tapsın.

Yardımlı rayonunda görüləcək işlər haqqında əlbəttə ki, siz daha yaxşı bilirsiniz. Hansı işlərin görülməsi barədə bizə vaxtaşırı məlumat verilir. Bundan sonra da veriləcəkdir. Növbəti proqramlarımızda bütün bu təkliflər nəzərə alınacaq ki, burada işlər daha da yaxşı getsin, insanlar rahat yaşasınlar. Bu layihə, siz də həkim kimi bir daha qeyd etdiniz, insan sağlamlığı üçün başlıca şərtdir. Burada insanın sağlamlığı üçün bütün imkanlar vardır. Gözəl təbiət, dağ havası, meşələr, təmiz ərzaq məhsulları, təkcə içməli su çatmırdı, bunu da biz bu gün həll etdik. Gələcəkdə də çox görüşəcəyik.

X X X

Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verən “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə çərçivəsində Yardımlı rayonunda su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab su təmizləyici qurğunun tikintisi və yenidənqurma işləri həyata keçirilir. Layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Həmin ərazidə yerləşən Avun kəndindəki mövcud sugötürücü qurğudan Yardımlı şəhərini təchiz edən 8630 metr uzunluğunda magistral su xəttinin tikintisi başa çatmışdır. Şəhərin mərkəzində 6520 metr uzunluğunda baş kanalizasiya kollektoru inşa edilmişdir. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə, Yardımlı şəhərinin su təchizatı və kanalizasiya sisteminin tam olaraq yenidən qurulması işləri həyata keçirilir. Bunun üçün Yardımlı rayon mərkəzində 63,5 min metr su xəttinin çəkilməsi, yanğın hidrantlarının, içməli su ev birləşmələrinin quraşdırılması, 59,5 min metr kanalizasiya xəttinin çəkilməsi, 13 su anbarının tikilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur. Gücü 8500 əhali ekvivalentli olan çirkab su təmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün müvafiq layihədə dəyişikliklər aparılmışdır və qurğunun tikintisi davam etdirilir.

Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Yardımlı şəhərinə içməli su verilmişdir VİDEO

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək