Yardımlıda aylıq pensiyaların orta məbləği 207,7 manatdır
Yardımlı, 17 iyul, Bağır Əliyev, AZƏRTAC
2020-ci ilin əvvəlinə Yardımlı rayonu üzrə 7980 nəfər pensiyaçı qeydiyyatda olub. Onlardan 3668 nəfəri yaşa, 3588 nəfəri əlilliyə, 724 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alan şəxslərdir.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, rayonda təyin olunmuş aylıq pensiyaların orta məbləği 207,7 manat təşkil edib. Bu il 4621 nəfərə sosial müavinət təyin olunub və bir nəfərə düşən orta aylıq məbləğ 120,9 manat olub.
Yardımlıda 4664 nəfər ailə üzvü olmaqla 1000 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib və bir nəfərə düşən orta aylıq məbləğ 50 manat təşkil edib.
Ötən il rayonda bir nəfərə düşən orta məbləğ 160,6 manat olmaqla 880 nəfər yeni doğulmuş uşaqlara görə 870 ailəyə, bir nəfərə düşən orta məbləğ 237,0 manat olmaqla 4 nəfərə müalicə üçün radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərə, bir nəfərə düşən orta məbləğ 689,2 manat olmaqla 39 nəfər penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə, bir nəfərə düşən orta məbləğ 270,6 manat olmaqla 21 nəfərə dəfn üçün birdəfəlik sosial müavinətlər ödənilib.