Yazıçı-publisist: Kitabı yazarkən oxucu ilə üzbəüz dayanmağa çalışdım VİDEO
Bakı, 9 fevral, Nailə Həsənova, foto Tofiq Babayev, AZƏRTAC
Söz insanlar arasında körpü rolunu oynamalıdır. Mən də çalışmışam ki, kitabımda bu körpünü yaradım. "Öz qəbrini qazan" kitabında hekayə, povest və pyeslərim toplanıb. Onları birləşdirən bir xətt var, o da insan taleyidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Kəmalə Mirzəyeva "Öz qəbrini qazan" kitabının təqdimat mərasimindən öncə jurnalistlərə açıqlamasında bildirib.
“Kitabdakı hekayələrin çoxu yaşanmış hadisələrdir, gündəlik müşahidələrimiz, düşüncələrimiz, qarşımıza çıxanlar və arzu etdiklərimizdir. Kitabın ən böyük gözəlliyi və özəlliyi odur ki, bu nəşr geniş oxucu auditoriyasına yetişə, oxucuların qəlbində yer tapa bilir. Mən də çalışmışam ki, bu kitab oxucuların qəlbində yer tapa bilsin. Bəlkə də, kitabdakı obrazlar oxucuların özləridirlər. Ədəbiyyat bizim aramızda olan məsafələri aradan qaldırır. Mən bu kitabı yazarkən çalışdım ki, oxucu ilə üzbəüz dayanım”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [14:33]
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib
- 09.02.2026 [14:20]
Əsrləri adlayan musiqi
- 09.02.2026 [14:14]