Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeganə Axundova: Xaricdəki tamaşaçılar ifaçını səhnədən alqışlarla yola salıb sonra zalı tərk edirlər

Yeganə Axundova: Xaricdəki tamaşaçılar ifaçını səhnədən alqışlarla yola salıb sonra zalı tərk edirlər

Bakı, 3 oktyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Onun repertuarında istənilən musiqiyə qulaq asmaq dinləyiciyə zövq verir. Zərif əlləri ilə fortepianoda gəzişən Yeganə Axundovanın peşəkar musiqiçi kimi yetişməsində illərlə çəkdiyi zəhmətin rolu böyükdür. Hələ uşaqlıqdan sənətə olan vurğunluğu, gələcəkdə onu yüksək istedada malik sənətkar kimi xarakterizə edirdi. Yeganə Axundova erkən yaşlarından musiqinin bütün sirlərini mənimsəyərək peşəkarlıq yolu ilə gələn sənətkarlardandır. Bu gün ölkəmizlə yanaşı, xarici dövlətlərin ən böyük konsert salonlarında yüzlərlə konsertin müəllifi kimi tanınan Yeganə xanım bu şərəfli yolda illərdir özünü sübut etmiş professional musiqiçi-pedaqoq kimi tanınır. Xalq Artisti, professor, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova ilə həmsöhbət olmaq üçün ona doğma olan təhsil ocağına yollandıq. AZƏRTAC sənətkarla müsahibəni təqdim edir:

-Yeganə xanım necə oldu ki, saz sənətinə olan marağınız sizi professional fortepiano ifaçılığına gətirdi?

- Bizim ailədə musiqi ilə professional məşğul olan olmayıb. Lakin atam iki xalq çalğı alətində - sazda və tarda ifa edirdi. O zamanlar hər bir ailədə hansısa bir alətdə ifa etmək və hər bir evdə fortepianonun olması heç kimi təəccübləndirmirdi. Nənəm, xalalarım heç bir musiqi təhsili almadan fortepianoda çox gözəl ifa ediblər. Atamın tarda, sazda ifası, “Girdim yarın bağçasına” və “Laçın” mahnısını məharətlə oxuması mənə xalq musiqisini sevdirdi. Mehriban, xeyirxah və zərifqəlbli anam isə klassik musiqini və bəstəkar mahnılarını dinləməyə üstünlük verirdi. Ona görə onlara həsr etdiyim “Mea Memoria” kompozisiyasında atamın çox sevdiyi bayatı-şiraz muğamı ilə, anamın isə daim dinlədiyi F.Şopenin musiqisini sintez edərək bəstələdiyim musiqimdə və videoçarxda uşaqlıq illərimi təsvir etməyə çalışmışam. Ümumiyyətlə, xalq musiqisini daim eşitmək, duymaq, yaxından tanış olmaq, dərindən mənimsəmək, insanı qidalandırır, bəhrələndirir, musiqi duyumunu artırır və yaradıcılıq prosesində dəstək olur. Dünya bəstəkarlarının həyat və yaradıcılıqları ilə tanış olsanız görəcəksiniz ki, xalq musiqisini dərindən bilən, ondan məharətlə istifadə etməyi bacaran bəstəkarlar dəyərli əsərlər yaradıblar. Məşhur rus bəstəkarı Rimskiy-Korsakovun sözləri ilə desək, “Millilikdən kənar musiqi mövcud deyil, əslində qəbul olunmuş hər bir ümumbəşəri musiqi özlüyündə millidir”.

Məlumdur ki, Üzeyir bəy də xalq musiqisinin dinlənməsinə, öyrənilməsinə çox böyük önəm verib. Bunun sübutudur ki, dahi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı onun dövründən bu günə kimi xalq musiqisinin öyrənilməsi üçün misilsiz bir vəsaitdir.

Fortepiano sənətini seçməyimə gəldikdə isə, beş yaşım tamam olmamış artıq fortepianoya qarşı olan böyük sevgi və hədsiz həvəsim valideynlərim, eyni zamanda, musiqi müəllimlərimin dəstəyi ilə gələcəkdə bir pianoçu kimi yetişməyimə əminlik yaratdı.

-Dəfələrlə şahidi olmuşuq ki, konsertlərinizdə həm solo, həm də “duet şəklində” çıxışlar edirsiniz. Bunlar sahib olduğunuz xüsusi texniki priyomların, yoxsa peşəkarlığınızın nəticəsidir?

- Fortepiano dueti janrının tarixi uzun illərə dayanır. Bəstəkarlar List və Rubinşteynin vaxtından yaranmış fortepianoda dördəlli ifa üsulu getdikcə inkişaf edərək iki fortepianoda duet şəklində tətbiq olunmağa və bu yönümdə əsərlər yazılmağa başlandı. Ansambl janrı müxtəlifdir, mənim isə çox sevdiyim janr fortepiano duetidir. Ümumiyyətlə, fortepiano dueti bu musiqi alətinin səslənməsini daha da zənginləşdirir, dolğun, sanki orkestr səslənməsinə daha yaxın edir. Fikrimcə, elə bir peşəkar pianoçu yoxdur ki, bu janrı sevməsin. Əməkdar İncəsənət Xadimi, professor Ülviyyə Hacıbəyova ilə fortepiano dueti janrında geniş repertuar əldə etmişik. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda konsertlərlə çıxış etmişik. Fortepiano dueti çox da asan bir seçim deyil, bu səbəbdən duetlər bir-biri ilə uzun yol qət etmədən əməkdaşlıqları bitə bilər. Duet janrının ifasında musiqiçilərin bir-biri ilə uyumlu münasibətləri çox vacibdir. Hər şeydən əvvəl iki musiqiçi arasında texniki və səs uyğunluğundan başqa diqqət, qarşılıqlı anlaşma, musiqi duyumu, ifaçılıq imkanları, emosiya və stil barəsində cəhətləri də bir-birinə uyğun olmalıdır. Bunlar hamısı əsərin interpretasiyasının əsasının bir planda cəmləşməsini təşkil edir. Tanınmış bəstəkarlarımızdan - Azər Rzayev, Faiq Sücəddinov və digərləri, duetimiz üçün gözəl əsərlər yazıblar. Xalq Artisti, məşhur pianoçu, vokal ustası Rauf Atakişiyevin “Siz heç zaman bir-birinizdən ayrılmayın, qızlar!” tövsiyəsi yadımızdan çıxmır.

-Tələbələriniz arasında piano ifaçılığına maraq hansı səviyyədədir?

-Fortepiano sənəti əsrlər boyu ifaçılıqda ən populyar səhələrdən biridir. Qədim zamanlarda XVII əsrin ortalarında klavesin və klavikord adlı alətlər yaradılıb. Onların zamanla inkişafı indiki fortepianonun yaranmasına gətirib çıxardı. 300 il ərzində bütün dünya bəstəkarları fortepiano üçün əsərlər yaradıb. Elə bir musiqiçi yoxdur ki, istər bəstəkar, istər skripkaçı, müğənni və ya klarnet ifaçısı, evlərində fortepiano aləti olmasın. Musiqi məktəblərində ən böyük axın fortepiano sənətinədir, akademiyamızın da ən çoxsaylı tələbələrdən ibarət fakültəsi məhz fortepiano fakültəsidir. Son beş ildə BMA-nın fortepiano fakültəsinin 48 tələbəsi Avstriya, Rusiya, Bolqarıstan, Almaniya, Sloveniya, Malayziya, İtaliya, Xorvatiya, Türkiyə, Fransa, Qazaxıstan, Finlandiya, İspaniya, Estoniya, Macarıstan, Danimarka, Çexiya və digər ölkələrdə beynəlxalq müsabiqələrin laureatı adını qazanıb. Ümumiyyətlə, müsabiqə pianoçunun inkişafı üçün birinci vacib olan meyar və göstəricidir. Hər bir ifaçı üçün müsabiqə onun yaradıcılığında uğur qazanmaq üçün önəmli addımdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublikamızda reallaşan Üzeyir Hacıbəyli, Q.Qarayev, Rostropoviç adına musiqi festivalları, eyni zamanda, Qəbələ Musiqi Festivalı və digər bu qəbildən olan musiqi yarışmaları gənc musiqiçilərin inkişafı üçün çox önəmlidir. Bunlar Azərbaycan musiqi mədəniyyətinin, bəstəkarlıq, ifaçılıq məktəbinin ənənələrini qorumaq və inkişaf etdirmək üçün çox böyük dəstəkdir.

-Sizin ulu öndər Heydər Əliyevə həsr etdiyiniz “İthaf” kompozisiyanıza qulaq asdıqda burada səmimiyyət, yüksək professionallıq müşahidə edirik. Necə oldu bu əsər ərsəyə gəldi?

-Müasir və müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev bir dövlət başçısı kimi ciddi, əzmli, zəhmli, tələbkar olması ilə yanaşı, kövrək, incəqəlbli, həssas, yüksək musiqi duyumlu, diqqətcil və qayğıkeş şəxsiyyət idi. Onun Azərbaycan musiqi mədəniyyəti haqqında olan bilikləri həmişə bizi təəccübləndirərdi. Mədəniyyətimizə qulluq edən incəsənət xadimlərinə qarşı olan hədsiz diqqəti, qayğıkeş münasibətinin nəticəsidir ki, indi Azərbaycan musiqisi və mədəniyyəti inkişaf edərək dünyada tanınır və seçilir. Bu böyük şəxsiyyətin milli musiqimizin dünyada təbliği və tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Onun bütün bu yüksək insani keyfiyyətlərini çalışdım öz musiqimlə dinləyicilərə çatdırım. Əsərin kulminasiyasında isə onun dahiliyini, böyüklüyünü və əzmliyini musiqi ilə təsvir etmək istədim.

-Dünyanın bir çox ölkələrinin ən məşhur konsert salonlarında çıxışlarınız olub. Ən çox tamaşaçı məmnunluğunu hansı ölkələrdə hiss etmisiniz?

-Tamaşaçı, dinləyici auditoriyası çox müxtəlifdir. Səhnə həyatını yaşayan ifaçılar zalı çox həssaslıqla duyurlar. Həmişə zalın ab-havasını hiss etmişəm və çalışmışam ki, ifam zamanı dinləyicilərdə maraq yaradım, onların əhval-ruhiyyəsinə təsir etməyi bacarım, bəstəkarın duyğu və düşüncələrini tamaşaçıya olduğu kimi çatdırım. İfam zamanı hiss edirəm ki, dinləyicilər hansı dərəcədə diqqətlə mənə qulaq asır və hətta onların bu ifadan təsirlənib-təsirlənməmələrini, bəyənib-bəyənməmələrini duyuram. Təbii ki, səhnə həyatı yaşamış təcrübəli ifaçıların çoxu bunu hiss edirlər.

Ölkəmizdə keçirilən konsertlərdə tamaşaçılarımın, həmkarlarımın və müəllimlərimin diqqəti, sevgisi mənim üçün ən dəyərlidir. Lakin, fərq olaraq qeyd edə bilərəm ki, xaricdəki dinləyicilər evə tələsmir. Onlar həmişə çox böyük səbirlə ifanı sonadək dinləyirlər, ifaçını səhnədən alqışlarla yola salıb, sonra zalı tərk edirlər. Məsələn, bir neçə il öncə Budapeştdə “Duna Palota” Simfonik Orkestri ilə çıxışımdan sonra tamaşaçılar məni təkrar yeddi dəfə alqışlarla səhnəyə geri qaytarıblar. Sonda mən royalın qapağını bağlamalı və orkestrin konsertmeysterinin əlindən tutub gülümsəyərək səhnəni belə tərk etməli oldum. Bu, ifaçının ən yüksək səviyyədə qiymətləndirilməsi və ifaçı - tamaşaçı münasibətinin qısa zaman kəsiyində qarşılıqlı ünsiyyətidir. Bir qayda olaraq, qastrol səfərlərində proqramın tərtibindən asılı olmayaraq Azərbaycan bəstəkarlarının əsərlərini mütləq repertuarıma salıram. Ən böyük qürur hissini Azərbaycan musiqisinin xaricdə konsert salonlarında alqışlarla qarşılanarkən keçirdirəm. Londonda “Royal Flarmonic” orkestri ilə birlikdə Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında konsertini ifa edərkən dinləyicilərin 15 dəqiqə ayaq üstə davam edən alqışları mənim həyatımda ən yaddaqalan alqışlardan biri olub.

-Akademiyada tətbiq olunan müasir təhsil sistemindən danışaq. Gələcəkdə təhsil sisteminin daha da təkmilləşdirilməsi üçün hər hansı yeniliklər nəzərdə tutulurmu?

- 2010-cu ildən başlayaraq BMA dünyada tətbiq olunan Bolonya kredit sisteminə keçirilib. İlk gündən bakalavr magistr pillələrində 100 ballıq kredit sistemi tətbiq olunmaqdadır. Bu sistemin mexanizmi Təhsil Nazirliyinin köməyi və nəzarəti altında BMA-nın və digər təhsil ocaqlarının mütəxəssisləri ilə işlənilərək hazırlanıb. Ümumi müddəalara baxmayaraq, bu günə kimi tətbiq etdiyimiz təhsil sistemi təkminləşir və inkişaf edir. Əlbəttə ki, qloballaşan dünyada hər bir sahədə dəyişiklik, təkmilləşmə olduğu kimi, təhsil sahəsində də yeniliklərin olması labüddür. İndiki təhsil sisteminə əsasən, gənclərimizin xaricdə təhsil almaları çox asanlaşıb.

-Tələbələr arasında xarici dövlətlərin musiqi akademiyalarında təhsil almağa maraq hansı səviyyədədir. Ümumiyyətlə, xarici ölkələrdən necə, BMA-da oxumaq istəyən tələbələr müraciət edirlərmi?

-Son illər akademiyamıza xarici konservatoriyaların diqqəti artıb. Hazırda bizimlə memorandumlar, müqavilələr imzalamaq arzusunda olan müxtəlif konservatoriyalar müraciət edirlər. Bunlardan ən böyük və uzunmüddətli əlaqələr yaratdığımız, artıq səkkiz ildir davam edən layihəmiz Norveçin Bergen Universitetinin Qriq Akademiyası ilə olan sıx əməkdaşlığımızdır. Bu əməkdaşlığımız hazırda davam etməkdədir. Misal olaraq qeyd etmək istəyirəm ki, bir neçə gün sonra bizim iki - bir doktorant və bir magistr tələbəmiz yenə də Qriq Akademiyasına ixtisaslarını artırmaq məqsədilə yola düşəcəklər. Həmçinin biz ixtisasartırma kurslarına iki tələbəni BMA-ya qəbul edəcəyik. Florensiyanın Kerubini Konservatoriyası, Avstriya Mədəniyyət və Təsviri İncəsənət Universiteti, Budapeşt Konservatoriyası, Bratislava Ali Musiqi Ustalıq Məktəbi, Sankt-Peterburq Dövlət Konservatoriyası, Türkiyənin çoxsaylı konservatoriyaları və başqa ali təhsil ocaqları ilə imzaladığımız müqavilələr əsasında ikitərəfli ustad dərsləri, konsertlər həyata keçirilir. Hər il biz tanınmış musiqiçiləri BMA-ya ustad dərslərinə dəvət edirik. Onlar həm bizim ifaçılıq, bəstəkarlıq məktəbi ilə tanış olurlar, həm də öz ifaçılıq məktəbini burada nümayiş etdirərək təcrübələrini tələbələrlə bölüşürlər. Hazırda akademiyamızda Türkiyə, İran İslam Respublikası, Türkmənistan, Qazaxıstan, Rusiya və başqa ölkələrdən 30 xarici tələbə təhsil alır.

-Gələcək planlarınızdan danışaq.

- Bizim hədəfimiz əlbəttə ki, səhnə, konsert fəaliyyətidir. Lakin Bakı Musiqi Akademiyasındakı pedaqoji fəaliyyətim və daşıdığım məsuliyyətli vəzifəm çox təəssüf ki, yaradıcılığımda müəyyən qədər məhdudiyyət yaradır. Bacardığım qədər çalışıram ki, səhnə fəaliyyətindən uzaq düşməyim, mütəmadi olaraq konsertlərdə ifa edim və heç olmasa hər təhsil ilinin sonunda böyük bir solo konsertlə çıxış edim.

Ömrümün böyük hissəsi, ən gözəl illəri doğma Bakı Musiqi Akademiyasının divarları arasında keçib. Bu binada Azərbaycan bəstəkarlıq və ifaçılıq məktəbinin dahilərinin ənənələrinə sadiq qalaraq, musiqi mədəniyyətimizin əsaslarını qoruyub, inkişaf etdirib, keşiyində durmağa çalışırıq. Musiqinin insan həyatındakı gücünü vurğulayaraq fikrimi dahi L.V.Bethovenin sözləri ilə bitirmək istərdim: Musiqinin etiraf qüdrəti, fəlsəfədən və müdrik sözdən daha güclüdür.

-Maraqlı müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır