YƏMƏN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏLİ ABDULLA SALEHƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımızı yetirir, dost Yəmən xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 may 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]