Yəməndəki husi hədəflərinə zərbələr endirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Birləşmiş Ştatlar və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan husi hədəflərinə zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]