Azərbaycan Dövlət İnformasiya Agentliyi

«YENİ SİYASƏT : İNKİŞAFA DOĞRU»

Azərbaycanın hərtərəfli inkişafının keyfiyyətcə yeni mərhələsində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirilməsinə və ictimai şüurda düzgün dərkinə təminat yaradan mühüm amillərdən biri də ölkənin çağdaş fəlsəfi-siyasi tarixinin olduğu kimi qələmə alınmasıdır. Respublikanın ötən 15 ildə keçdiyi inkişaf yolunun ayrı-ayrı mərhələləri, liberal dəyərlərə yol açan müsbət sosial-iqtisadi proseslərin mahiyyəti, sosiomədəni tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas seqmentləri, bir sözlə, qloballaşma dövründə milli inkişafın əsas hədəflərinin konkret elmi-nəzəri postulatlar şəklində ortaya qoyulması ölkə filosofları və alimlərindən ciddi səylər, yeni cəsarətli yanaşmalar tələb edir.

İnkarolunmaz reallıqdır ki, Azərbaycan xalqı yeni tarixi mərhələdə məhz ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq, demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə ehtiva edən mütərəqqi yolla irəliləmişdir. Bir çox qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi demokratik inkişaf mərhələlərini tez bir zamanda adlayan Azərbaycanın belə böyük uğurlar qazanmasında, şübhəsiz, ulu öndərin xarizmatik lider keyfiyyətləri əsaslı rol oynamışdır. Böyük strateq Heydər Əliyevin banisi olduğu dövlətçilik modeli spesifikliyi ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Bu inkişaf modeli, eyni zamanda, cəmiyyətin təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti təsisatlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişafı, insan hüquqları və azadlıqlarının etibarlı təminatı mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva etmişdir.

Azərbaycan xalqını həqiqi müstəqilliyə qovuşduran Heydər Əliyevin zəngin dövlətçilik irsinin, nadir idarəçilik məktəbinin öyrənilməsi, onun praktik surətdə gerçəkləşdirdiyi milli inkişaf strategiyasının elmi-nəzəri əsaslarının yaradılması bu gün tarix və politologiya elmi üçün xüsusi aktuallıq kəsb edir. Xalqın taleyində müstəsna rol oynamış bu fenomen şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsinin məhəbbətlə öyrənilməsi və dərindən təhlil olunması həm də tariximizin gələcək nəsillər üçün obyektiv qələmə alınmasıdır.

Son vaxtlar bu yöndə elmi araşdırmaların artması, xüsusilə də qloballaşma dövründə demokratik inkişafın xarakteri ilə bağlı müxtəlif istiqamətli tədqiqatların çoxalması özlüyündə təqdirəlayiq haldır. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycanın çağdaş inkişaf strategiyası, ölkədə həyata keçirilən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi ilə bağlı yetkin və sanballı elmi-nəzəri yanaşmalara məhz Prezidentin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin son illərdə yüksək peşəkarlıqla qələmə aldığı əsərlərdə rast gəlmək mümkündür. Şübhəsiz, Heydər Əliyevin həyat yoluna, idarəçilik fəlsəfəsinə, zəngin dünyagörüşünə, hadisələrə yanaşma üslubuna dərindən bələd olmaq üçün böyük hakimiyyət ustadının yaxın silahdaşı kimi onunla uzun illər çiyin-çiyinə çalışmaq, mübarizə aparmaq, sevincli-kədərli günləri bölüşmək lazımdır. Akademik Ramiz Mehdiyevin gərgin zəhmət hesabına ərsəyə gətirdiyi maraqlı əsərləri mahiyyətcə praktik səciyyə daşımaqla, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi demokratik inkişaf yoluna mükəmməl elmi-nəzəri baxışdır. Görkəmli filosof respublikanın təcrübədə sınaqdan çıxmış milli inkişaf strategiyasının nəzəri əsaslarının yaradılmasına öz töhfəsini verməklə yanaşı, ölkənin fəlsəfi fikir tarixinə də möhürünü vurmuşdur.

Akademik Ramiz Mehdiyevin fundamental əhəmiyyətli əsərlərində uğurlu sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsi kimi öz inkişafının yüksək mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dövlətinin və cəmiyyətimizin iqtisadi, siyasi və sosial problemlərinin hərtərəfli və dərin təhlilinə geniş yer ayrılır. Qloballaşan dünyanın yeni reallıqları şəraitində respubikamızda iqtisadi və siyasi islahatların əsas təmayülləri, demokratikləşmə prosesinin özünəməxsus cəhətləri, qərbləşmə və modernləşmənin cəmiyyətə təsiri kimi fundamental məsələlər geniş təhlil olunur.

Demokratik transformasiyanın milli xüsusiyyətlərinin və bəzi fərqli, özünəməxsus cəhətlərinin, modernləşmə prosesinin mahiyyətinin, ümumilikdə ölkənin bugünkü və gələcək inkişaf prioritetlərinin elmi-nəzəri cəhətdən əsaslandırılması baxımından akademik Ramiz Mehdiyevin son illərdə çapdan çıxmış «Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi» (2001), «XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və müxalifət» (2003), «Azərbaycan: qloballaşma dövrünün tələbləri» (2005), «Vətəndaş cəmiyyətinə yol açan ideyalar» (2006), «Demokratiya yolunda: irs haqqında düşünərkən» (2007) kimi sanballı əsərlərində, eləcə də mətbuatda dərc olunmuş çoxsaylı elmi məqalələrində respublikamızın son 15 illik ictimai-siyasi və sosial-iqtisadi həyatının mühüm hadisələri, demokratik inkişafın milli forma və xüsusiyyətləri obyektiv elmi təhlil süzgəcindən keçirilmişdir. Görkəmli ictimai-siyasi xadim və filosof konseptual ümumiləşdirmələrin və dərin məntiqi mühakimələrin nəticəsi kimi ərsəyə gətirdiyi bu əsərlərdə Qərb nəzəriyyələrinə əsaslanaraq, müasir qloballaşma dövründə demokratiya anlayışının uğurlu izahını vermiş, tranzitar cəmiyyətlərdə, o cümlədən Azərbaycanda demokratik-liberal islahatların gerçəkləşdirilməsi mərhələlərindən, modernləşmə xəttindən bəhs etmişdir.

Akademik Ramiz Mehdiyevin bu və digər sanballı əsərləri siyasi-elmi dairələrdə böyük maraqla qarşılanmış, respublikanın inkişaf yolu ilə bağlı cəmiyyətdə dolğun və obyektiv təəssürat formalaşdırmışdır. Respublikanın görkəmli elm xadimləri, Milli Məclisin deputatları, siyasətşünaslar və filosoflar ayrı-ayrı vaxtlarda bu əsərlərlə bağlı söz demək ehtiyacı duymuş, bir sıra mətbuat orqanlarında, əsasən də, «Azərbaycan» qəzetində maraqlı resenziyalarla çıxış etmişlər. Eyni zamanda, qəzetin təşkil etdiyi «Dəyirmi masa»larda akademik Ramiz Mehdiyevin əsərlərində əksini tapmış fundamental elmi yanaşmalar və tezislər ətrafında geniş müzakirələr, diskussiyalar aparılmışdır.

«Azərbaycan» qəzeti respublikanın keçmişinə, bugününə, sabahına mükəmməl elmi-fəlsəfi baxış olan bu fundamental əsərlərin və onlara verilmiş rəylərin cəmiyyət üçün aktuallığını və əhəmiyyətini nəzərə alaraq, onların kitab halında nəşrini də məqsədəuyğun saymışdır. Heydər Əliyev siyasi irsinin obyektiv araşdırılmasına geniş yer verən qəzetin tərtibçiliyi ilə son illərdə çap olunmuş bir sıra nəşrlər cəmiyyətdə böyük maraqla qarşılanmışdır. «Azərbaycanın özü qədər əbədi» silsiləsindən qəzetin nəşr etdirdiyi «Heydər Əliyev dünyanın gözü ilə», «Heydər Əliyev mənim həyatımda», «Vətəndaş cəmiyyətinə yol açan ideyalar» kitabları ulu öndərin əziz xatirəsinə ithaf olunmuşdur. «Vətəndaş cəmiyyətinə yol açan ideyalar» kitabında həm də akademik Ramiz Mehdiyevin ümummilli liderin zəngin dövlətçilik irsindən bəhs edən əsərləri toplanmışdır.

«Azərbaycan» qəzetinin «Azərbaycanın özü qədər əbədi» silsiləsindən nəşr etdirdiyi IV və V kitablar isə «Yeni siyasət: inkişafa doğru» adlanır. Bu günlərdə «Oskar» nəşriyyat-poliqrafiya mərkəzinin mətbəəsində nəfis tərtibatda çap olunmuş ikicildlik kitabda akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan qəzetində dərc olunmuş əsərləri, habelə bu əsərlərlə əlaqədar yazılmış rəylər toplanmışdır. Kitabın ön sözünün müəllifi Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, buraxılışa məsul və tərtibçisi isə Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

Azərbaycanın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri cəhətdən araşdırılmasına həsr edilmiş, müstəqillik dövrünün fundamental salnaməsi olan bu əsərlərdə ölkəmizdəki sosial-iqtisadi tərəqqi, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi-demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Tanınmış elm xadimlərinin, ziyalıların, mütəxəssislərin rəylərində isə Azərbaycanın son 15 illik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmalar kontekstində təhlil olunmuşdur.

IV kitabda akademik Ramiz Mehdiyevin əsasən ötən beş ildə «Azərbaycan» qəzetində dərc edilmiş «Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi», «İlham Əliyevin uğurlu Prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun uzunömürlülüyünü təmin edir», «Demokratiya Azərbaycanın inkişafının əsas istiqamətidir», «Şəffaflığın artırılması və korrupsiyaya qarşı yeni milli strategiya xalqın rifahını yüksəldəcək», «Qloballaşma dövründə dövlət və cəmiyyət», «Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi» əsərləri və onlar haqqında yazılmış məqalələr toplanmışdır. Bu əsərlərin hər biri respublikanın çağdaş inkişaf vektorları, respublikamızın qloballaşan dünya iqtisadiyyatında və siyasətində yeri, milli demokratiya modeli, modernləşmə xətti, innovasion cəmiyyətin qurulması xüsusiyyətləri ilə bağlı dərin elmi-fəlsəfi fikir və mülahizələrin məcmusu kimi diqqəti çəkir. Görkəmli filosof bilavasitə içində olduğu siyasi hadisələrin və proseslərin peşəkar planda fəlsəfi təsvirini verə bilməklə, həm də böyük cəsarət nümayiş etdirmişdir.

«Azərbaycanın özü qədər əbədi» silsiləsindən çapdan çıxmış V kitabda isə akademik Ramiz Mehdiyevin bu il «Azərbaycan» qəzetində dərc olunmuş «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti» əsəri və onunla bağlı yazılmış rəylər verilmişdir. Azərbaycanın gələcək inkişaf strategiyasının dərin fəlsəfi və iqtisadi təhlilinə əsaslanan bu sanballı tədqiqat əsəri elmi-siyasi dairələrdə böyük əks-səda doğurmuşdur. Əsərdə bəşəriyyətin alternativsiz inkişaf yoluna çevrilmiş demokratikləşmə prosesləri və modernləşmə xətti respublikamızın hazırkı inkişaf strategiyası kontekstində elmi-fəlsəfi təhlil süzgəcindən keçirilmişdir. Gərgin elmi axtarışların, analitik təhlil, müqayisə və ümumiləşdirmələrin nəticəsi kimi ortaya çıxan əsərdə respublikamızda demokratik proseslərin sürətləndirilməsini şərtləndirən sosial-siyasi və iqtisadi amillər diqqətə çəkilmiş, vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədinə hesablanmış islahatlardan söhbət açılmışdır.

Akademik Ramiz Mehdiyevin əsərlərində irəli sürdüyü yeni mülahizələr və nəticələr onun uzunmüddətli dövlət idarəçiliyində topladığı zəngin təcrübəyə və peşəkarlığa əsaslanır. Görkəmli filosof respublikamızda çoxşaxəli dövlət quruculuğu prosesinin nəzəri əsaslarının yaradılması, təcrübənin nəzəriyyəyə köçürülməsi istiqamətində ciddi addımlar atır.

«Azərbaycan» qəzetinin cəmiyyətin müsbət ruhda köklənməsinə və milli ideallar uğrunda səfərbər olunmasına xidmət edən bu sanballı əsərlərin ictimaiyyətə toplu halında çatdırılması təşəbbüsü də bu baxımdan əhəmiyyətlidir. İnanırıq ki, «Yeni siyasət: inkişafa doğru» adlı ikicildlik respublikanın sivilizasiyalı və mütərəqqi inkişaf yolunun canlı mənzərəsini özündə təcəssüm etdirən sanballı nəşr kimi elmi ictimaiyyət və ümumən cəmiyyətdə geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib