YENİ ZELANDİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ XANIM HELEN KLARKA
Hörmətli xanım Baş nazir,
Ölkənizin milli bayramı - Vaytanqa günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yeni Zelandiya arasında yaranan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 yanvar 2005-ci il.