Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Bakı, 5 sentyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması yenilənib.

AZƏRTAC-a Agentlikdən bildirilib ki, təkmilləşdirilmiş platforma indi vətəndaşlara istifadəçi dostu rəqəmsal interfeys vasitəsilə əsas dövlət xidmətlərinə, rəqəmsal sənədlərə rahat çıxış və şəxsi məlumatların idarə edilməsi imkanı verir. Eyni zamanda, vətəndaş - dövlət əlaqələrində inzibati proseslər sadələşir və əməliyyatlar zamanı kağızdan istifadə minimuma enir.

“mygov” vətəndaşlara hansı yeni xidmət və üstünlükləri təqdim edir?

Əsas həyat hadisələri

Yenilənmiş “mygov” platforması, həmçinin mühüm həyat hadisələri zamanı vətəndaşların işini sürətləndirmək üçün xidmətlər dəstini təklif edir:

Ailə qurmaq: Platforma nikah sənədlərinin rəqəmsal şəkildə təqdim edilməsini və təsdiqini asanlaşdırır. Belə ki, ailə qurmağı planlayan cütlüklər zəruri tibbi müayinə sertifikatlarını yoxladıqdan sonra artıq “mygov” platforması üzərindən nikah günlərini elektron olaraq təyin edə və seçdikləri qeydiyyat orqanında nikah şəhadətnamələrini əldə edə bilərlər.

Valideyn olmaq: Valideynlər yeni doğulmuş uşaqlarının hüquqi sənədləri və digər əlaqəli xidmətlər üçün onlayn müraciət edə bilərlər.

Ailə üzvünün vəfatı: Platforma ailə üzvünün ölümünün qeydə alınması prosesini asanlaşdırır. Tibb işçisi lazımi məlumatları sistemə daxil etdikdən sonra ölüm haqqında şəhadətnamə avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür və daha sonra ailəyə təqdim edilir. Bu sənəd həyat hadisəsinin rəsmi təsdiqi deməkdir və birdəfəlik dəfn yardımı, miras hüququ kimi bir çox məsələləri həll etmək üçün zəruridir.

Rəqəmsal məlumatlar və rəqəmsal sənədlər

“mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Məlumatlar həm kart şəklində, həm də daha ətraflı siyahı şəklində təqdim edilir. Kartlar vasitəsilə sənəd üzərində olan əsas məlumatları səhifəni açmadan görmək mümkündür. Kart formasında təqdim olunan sənədlər siyahısına şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamə və tələbə kartı daxildir. Vətəndaşlar “mygov”dakı rəqəmsal məlumatlarını QR kod vasitəsilə paylaşa və PDF fayl şəklində yükləyə bilərlər.

Bununla yanaşı, “mygov” vətəndaşlar üçün yeni “rəqəmsal sənəd” anlayışını gətirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanı ilə 4 sənəd - şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamə rəqəmsal formada təqdim olunur. Bu məlumatların “mygov” tətbiqi vasitəsilə təqdim edilməsi fiziki formada təqdim edilməsinə bərabər tutulur.

Sənəd və məlumatları bir kliklə paylaşma və gizlətmə imkanı

Vətəndaşlar “mygov” tətbiqinə daxil olaraq sənəd və məlumatlarını QR kod və sənəd nömrəsi vasitəsilə paylaşa bilər. Qurum və müəssisələr təqdim olunan sənəd və məlumatların doğruluğunun yoxlanılmasını “mygov Checker” mobil tətbiqi və veb portalı vasitəsilə həyata keçirir. QR kodu “mygov Checker” mobil tətbiqi ilə skan edərək və ya QR kodun altında təqdim olunan 8 simvollu nömrəni “mygov Checker” veb portalında sorğulayaraq məlumatların doğruluğunu yoxlamaq mümkündür. “mygov Checker” tətbiqində paylaşılan məlumatların ekran görüntüsünü çıxarmaq mümkün deyil və tətbiqdə paylaşılan məlumatların ekranda göstərilmə müddəti maksimum 3 dəqiqədir. “Paylaşdığım məlumatlarım” bölməsində vətəndaş “mygov” mobil tətbiqində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola və nə zaman, hansı qurum və müəssisə ilə paylaşdığını görə bilər.

Vətəndaşyönümlü yeni funksionallıqlar

Platformanın təkmilləşdirilmiş axtarış sistemi istifadəçilərə platformadan ilk dəfə istifadə edərkən ehtiyac duyduqları məlumat və ya xidmətləri tez tapmaq imkanı verir. Bundan əlavə, yeni tətbiq edilən "Bildiriş Modulu" vətəndaşların qanunvericilik aktları, vergi məsələləri, ictimai təhlükəsizlik və sağlamlıqla bağlı mühüm hökumət dəyişiklikləri barədə məlumatlı olmasını təmin edir. “Müraciət Modulu” effektiv kommunikasiya yaradaraq vətəndaş sorğularının və şikayətlərinin hökumətə çatdırılması və geribildirimlərinin vahid platformada izlənməsini, nəticələrinin əldəedilməsini təmin edir.

Yeni rəqəmsal xidmətlər

Yenilənmiş “mygov” həm də ekoloji mühitin inkişafına dəstək verəcək xidmətlər təklif edir, yaşıl dünyaya töhfə verir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Elektrik doldurma məntəqələri” adlı xidmətini artıq “mygov”dadır. Belə ki, vətəndaş bu xidmətə daxil olaraq EDM-lərin siyahısı ilə tanış ola bilərlər, müəyyən filterlər tətbiq edərək məntəqələr üzrə axtarış edə və seçdiyi məntəqəyə getmək üçün xəritə üzərində marşrutu görə bilərlər. Vətəndaş “mygov” tətbiqə daxil olaraq “Xidmətlər” bölməsindən “Elektrik doldurma məntəqələri” adlı xidmətə daxil olaraq bu xidməti istifadə edə bilər.

Yenilənmiş platforma, həmçinin kommunal xidmətlər üzrə abunəçi kodlarının dəyişdirilməsi kimi xidmət də təklif edir. Bununla da vətəndaşlar artıq yeni aldıqları mənzillərinin abunə kodlarını olduqları yerdən, sadəcə mobil cihazları ilə dəyişə biləcəklər və vaxta qənaət edəcəklər. Bu xidmət ilkin olaraq “Azərsu”, Azəriqaz və “Azərişıq” abunəçiləri üçün təqdim olunur.

“Pensiya kalkulyatoru” xidməti vətəndaşlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumatları təqdim edəcək.

Təqdim olunan bütün yeni funksionallıq və xidmətlər müasir, səmərəli və vətəndaş mərkəzli rəqəmsal mühitin qurulmasına hədəflənib. Əsas xidmətlərə asan çıxışı təmin etməklə, məlumatların təhlükəsizliyini artırmaqla və həyatın ən mühüm anlarında inzibati prosesləri sadələşdirməklə vətəndaşların həyat keyfiyyətinin artırılması prioritet məqsədlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var