Yeniyetmə yunan-Roma güləşçiləri arasında ölkə çempionatına yekun vurulub
Bakı, 20 fevral, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə - fevralın 20-də yunan-Roma güləşi üzrə 80, 92, 110, sərbəst güləş üzrə isə 45, 48, 51 və 55 kiloqram çəki dərəcələrində 160-a yaxın yeniyetmə pəhləvan mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda yunan-Roma güləşçilərinin mübarizəsində Eldar Məmmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) qızıl medal qazanıblar.
Sərbəst güləşçilərin mübarizəsində Murad Haqverdiyev (45 kq), Ramiq Heybətov (48 kq), Kənan Heybətov (51 kq) və Əbülfəz Nəsirov (55 kq) birinci olublar.
Çempionata fevralın 23-də yekun vurulacaq.