Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Bakı, 21dekabr, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 17-də və 20-də nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Nizami və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.
Reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.
Həmin mağazaların satıcıları R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]