CƏMİYYƏT
Yol polisi: Ötən gün 639 nəfər inzibati məsuliyyətə cəlb edilib
![Yol polisi: Ötən gün 639 nəfər inzibati məsuliyyətə cəlb edilib](/files/2020/2/1200x630/1589446634475449178_1200x630.jpg)
Bakı, 14 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 13-ü saat 00:00-dan mayın 14-ü saat 00:00-dək olan müddətdə DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 13-ü saat 00:00-dan mayın 14-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 min 219 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.