“Young Learners” imtahanına qeydiyyat aparılır
Bakı, 17 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanına qeydiyyat elan edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahana qeydiyyat noyabrın 6-dək davam edəcək.
İmtahan dekabrın 22-də “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” kvalifikasiyaları üzrə keçiriləcək.
Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] poçt ünvanına yazmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]