Yükdaşıyan maşınlar normadan artıq yüklənirlər
Bakı, 8 may (AZƏRTAC). Avtomobil sahiblərinin təhlükəsizlik və daşıma qaydalarına əməl etməməsi, xüsusilə yüklənmə normativlərini pozması ölkə yollarına ciddi ziyan vurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat naziri Ziya Məmmədov demişdir. Yolların çəkilişi zamanı hər bir yolun yükgötürmə qabiliyyəti müəyyən olunur. Yükdaşıyan maşınlar normadan artıq yüklənirlər ki, nəticədə maşınların oxuna düşən güc artır və bu da yolların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Bəzi insanlar da düşünürlər ki, yollar keyfiyyətsiz inşa olunduğundan tez sıradan çıxır. Ancaq əslində bu yollar beynəlxalq vəsaitlər və daxili investisiyalar hesabına tikildiyindən inşa işləri maliyyə vəsaiti ayıran qurumların təyin etdikləri nəzarət qrupları tərəfindən nəzarətə götürülür və o yol yalnız rəsmi sənədlər əsasında istismara qəbul edilir. Buna görə də yolun keyfiyyətsiz tikilməsi barədə heç kəsdə şübhə olmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]