Yüksək Texnologiyalar Parkının ərazisindən keçən dəmir yolu xətti bərpa olunub
Bakı, 4 may, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına öz dəstəyini göstərməkdədir.
Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib. Bildirilib ki, YT Park tərəfindən parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun yerləşdiyi ərazidən keçən, daha öncə mövcud olan dəmir yolu xətti istifadəyə yararsız olduğundan bərpa olunub, infrastruktur yenilənib.
Ərazidən keçən bu xətt yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, xəttin yerləşdiyi ərazinin ətrafında abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi quraşdırılıb.