YULİYA TİMOŞENKO UKRAYNANIN BAŞ NAZİRİ TƏSDİQ EDİLMİŞDİR
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə, Ukrayna tarixində ilk dəfə olaraq hökumətin başçısı vəzifəsini qadın - 44 yaşlı Yuliya Timoşenko tutmuşdur. Ali Rada (parlament) onun ölkə Prezidenti Viktor Yuşşenko tərəfindən təklif olunan namizədliyini dəstəkləmişdir. Timoşenkonun hətta siyasi rəqibləri də ona səs vermişlər. Onun namizədliyini yalnız kommunistlər dəstəkləməmişlər.
1960-cı il noyabrın 27-də Dnepropetrovskda anadan olan Y.Timoşenko 1984-cü ildə Dövlət Universitetini bitirərək, iqtisadçı ixtisası almışdır. İqtisad elmləri namizədidir. 1995-1997-ci illərdə “Ukraynanın vahid energetika sistemləri” korporasiyasına başçılıq etmişdir. 1999-2001-ci illərdə Baş nazirin yanacaq-energetika kompleksi məsələləri üzrə müavini işləmişdir. O, həmin sahədə bir sıra islahatlar aparmış, barteri ləğv etmişdir. 2002-ci ilin mayında Ali Radaya deputat seçilmişdir. 2004-cü ilin prezident kampaniyasında Viktor Yuşşenkonu fəal dəstəkləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]