YUNANISTANDA BÜTÜN AZARKEŞ KLUBLARI QADAĞAN EDİLDİ
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, Yunanıstan Futbol Federasiyası (YFF) bütün komandaların azarkeş klublarının fəaliyyətinə qadağa qoyulması haqqında qərar qəbul etmişdir. Bu tədbir stadionlarda zorakılıq hallarına və azarkeşlər arasında toqquşmalara qarşı mübarizə çərçivəsində görülmüşdür. Belə ki, martın 29-da baş verən sonuncu kütləvi savaş zamanı bir azarkeş həlak olmuş və doqquz nəfər xəstəxanaya qoyulmuşdur.
YFF-nin təşəbbüsünü ölkənin bütün klublarının rəhbərləri dəstəkləmişlər. Azarkeş klublarında aparılmış sonuncu yoxlama zamanı onların fəallarından “bütöv bir cəbbəxana” aşkarlanmış və bununla əlaqədar federasiya əlavə təhlükəsizlik tədbirləri görülməsini təklif etmişdir. Məsələn, növbəti mövsüm başlanana qədər bütün stadionlarda müşahidə kameraları qoyulacaqdır.
YFF-nin qərarına əsasən, futbol klubları ilə mütəşəkkil azarkeş qruplaşmaları arasında bütün əlaqə və müqavilələr qadağan olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]