Yunanıstanda qatar qəzası: dəmiryolçular tətil edir, xilasedicilər itkin düşənləri axtarır
Bakı, 3 mart, AZƏRTAC
Yunanıstanda “Hellenic Train” dəmiryol operatorunun mənzil-qərargahı qarşısında həmkarlar ittifaqlarının nümayişi keçirilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, pis iş şəraitinə etiraz edən nümayişçilər diqqəti köhnəlmiş, yetərincə maliyyələşməyən təhlükəli dəmiryol sisteminin vəziyyətinə yönəldiblər.
Dəmiryolçuların dünənki tətili nəticəsində ölkədə qatarların hərəkəti, o cümlədən Afina metropoliteninin fəaliyyəti dayanıb. Bu gün 24 saatlıq yeni tətil elan olunub.
Larisa şəhəri yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində həlak olanların ailələri də hakimiyyət orqanlarından narazıdır. Onlar lazımi diqqət görmədiklərindən şikayətlənirlər. Qəzaya uğrayan qatardakı 350 sərnişinin bir çoxu tətildən sonra Salonikiyə qayıdan tələbələr olub.
Yunanıstanın yanğın xidmətinin məlumatına görə, hazırda faciə yerində, xüsusən qəza zamanı ən çox zərər çəkmiş üçüncü vaqonda axtarış işləri davam edir. Qəzadan iki sutkadan çox keçməsinə baxmayaraq, hələ də 56 nəfər itkin düşmüş sayılır.
Fevralın 28-də axşam saatlarında Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb. Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzası ilə bağlı üçgünlük matəm elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]