Zambiya nümayəndəsi: Azərbaycanda “ağıllı kənd” konsepsiyası heyranlıq doğurur VİDEO
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi WUF13 yüksək səviyyədə təşkil olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Zambiya nümayəndəsi Mikson Mvamulondo söyləyib.
O, Azərbaycanın şəhərsalma sahəsində atdığı addımları yüksək qiymətləndirdiyini deyib: "Qarabağa səfərimiz zamanı işğaldan azad edilmiş ərazilərinizdə həyata keçirilən "ağıllı kənd” konsepsiyalarının şahidi olduq və burada görülmüş işlər bizi çox heyran etdi. Bu gün Azərbaycan həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri üçün “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası üçün çox gözəl nümunədir".
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Azər İbrahimov
Operator - Şövqi Əzizov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [16:25]
Aktotı Raimkulova: Şəhərsalma şübhəsiz ki, inkişaf və modernləşmə gətirir
- 18.05.2026 [16:02]