Zeynəb Ongankul: Qarabağda həyata keçirilən “ağıllı şəhər” layihələri dünya üçün maraqlı təcrübədir
Bakı, 18 may, AZƏRTAC
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri gələcəyin şəhər inkişaf modelləri kimi beynəlxalq səviyyədə böyük maraq doğurur və Qarabağda həyata keçirilən layihələr də bu baxımdan xüsusi diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin şəhər planlayıcısı Zeynəb Ongankul Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlər zamanı açıqlamasında səsləndirib.
O bildirib ki, “ağıllı şəhər” konsepsiyası hazırda bir çox ölkənin inkişaf strategiyasında əsas istiqamətlərdən biridir.
“Gələcəyin şəhərləri kimi qiymətləndirilən “ağıllı şəhər” layihələri bütün ölkələrin maraq göstərdiyi və tətbiq etməyə çalışdığı mühüm sahələrdəndir. Qarabağ bölgəsində həyata keçirilən layihələr də bu baxımdan dünya üçün maraqlı təcrübə hesab oluna bilər”, – deyə Zeynəb Ongankul vurğulayıb.
Türk mütəxəssis qeyd edib ki, forum çərçivəsində Qarabağda “ağıllı şəhər” layihələri ilə bağlı təqdimatların keçirilməsi xüsusi maraq doğurur.
Zeynəb Ongankul əlavə edib ki, beynəlxalq forumlar ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm platformadır.
“Belə beynəlxalq təşkilatlarda ölkələr öz təcrübələrini, qarşılaşdıqları müsbət və mənfi məqamları bölüşürlər. Biz də bu bilik və təcrübələrdən yararlanaraq öz ölkəmizdə tətbiq imkanlarını qiymətləndiririk”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [16:02]
Polşalı mütəxəssis: WUF13 qlobal şəhərsalma dialoqunu gücləndirir
- 18.05.2026 [15:48]
Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir
- 18.05.2026 [15:45]