Burkino-Faso nümayəndəsi: WUF13 şəhərlərdə dayanıqlı inkişafın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir
Bakı, 18 may, AZƏRTAC
Bizim üçün Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərdə dayanıqlı inkişafın təmin edilməsi və bu proses zamanı innovativ yanaşmaların tətbiqi ilə bağlı müzakirələrin aparılması baxımından olduqca əhəmiyyətlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Burkino Fasonun nümayəndəsi Pamtam Vendpanqa Omar bildirib.
O deyib ki, hazırda dünyada əsas problem qeyri-planlı məskunlaşmanın artmasıdır: "Gündəliyin əsas məsələsi budur. Spontan məskunlaşma nəzarət altında deyil. Bəlkə də, iştirakçı yanaşma ilə spontan yaşayış məskənlərinə tətbiq edilə biləcək bir həll tapa bilərik. Çünki bizdə şəhərin inkişafına mane olan qeyri-planlı məskunlaşma problemi var".
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ceyhun Mustafayev