Zaqatalada baş verən avtomobil qəzasında bir nəfər ağır yaralanıb
Zaqatala, 16 oktyabr, AZƏRTAC
Bu gün axşam saatlarında Zaqataladan Qax rayonu istiqamətdə hərəkət edən avtomobil qəza törədib. Hadisə Zaqatalanın Yeni Suvagil kəndi ərazisində baş verib.
AZƏRTAC xəbər verir ki, Qax şəhər sakini, 34 yaşlı Aqşin Camalov idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə o, hadisə yerinə çağırılan Təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Həkimlər yaralıya ilkin müalicələr təyin edib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]