Zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlara bu sahədəki məsuliyyət tədbirləri izah edilib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Laçın Ticarət Mərkəzində zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələbləri barədə sahibkarların məlumatlandırılması, dövlət əyar nəzarəti sisteminin tətbiqinə dair izahların verilməsi, eləcə də bu sahədə qarşıya çıxan praktiki məsələlərin müzakirəsi olub.
Tədbir çərçivəsində iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ-hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, eləcə də sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Əyarlama fəaliyyəti nəticəsində məmulatlara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları, onların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub. Həmçinin əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəyə buraxılması hallarında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [17:19]
® “AccessBank”dan yeni biznes müştərilərinə 50 faizədək endirim kampaniyası
- 02.07.2026 [16:21]