Futbol üzrə ikiqat Avropa çempionu karyerasını başa vurub
Bakı, 2 iyul, AZƏRTAC
İspaniya millisinin sabiq futbolçusu Santi Kasorla peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə elan edib.
Kasorla İspaniya millisinin heyətində 2008 və 2012-ci illərdə Avropa çempionu olub. Təcrübəli futbolçu klub karyerasında da uğurlu çıxışı ilə seçilib.
O, İngiltərənin "Arsenal" komandasının heyətində iki dəfə İngiltərə Kubokunun (FA Cup) qalibi olub. Yarımmüdafiəçi 2007-ci ildə "Vilyarreal"ın heyətində İspaniyada ilin futbolçusu seçilib.
Qeyd edək ki, Santi Kasorla karyerası ərzində "Vilyarreal" və “Arsenal”la yanaşı, ölkəsinin "Malaqa", "Real Ovyedo" və Qətərin "Əl-Sədd" klublarının da şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [16:07]
“Qəbələ” milli komandanın qapıçısı ilə müqavilənin müddətini uzadıb
- 02.07.2026 [16:04]
Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib VİDEO
- 02.07.2026 [15:25]
Premyer Liqa klubu futbolçusu ilə müqaviləni yeniləməyib
- 02.07.2026 [15:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
- 02.07.2026 [15:02]