Azərbaycan Dəmir Yolları Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Bakı, 2 iyul, AZƏRTAC
Yay mövsümündə artan sərnişin tələbatını nəzərə alan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, əlavə reyslərə əsasən, qatarlar bazar ertəsi və çərşənbə günləri Bakıdan, çərşənbə axşamı və cümə axşamı günləri isə Ağstafadan yola düşəcək. Sərnişinlər bu reyslər üzrə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatar reysləri isə gündəlik əsasda fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [16:21]
SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb
- 02.07.2026 [15:18]