Rusiyanın İsveçdəki səfirliyi PUA-ların hücumuna məruz qalıb
Moskva, 2 iyul, AZƏRTAC
Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, kvadrokopterlərdən biri diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya konteyneri atıb.
İkinci PUA səfirlik binasının yaxınlığına əldəqayırma partlayıcı qurğunun mulyajını atıb.
Diplomatik nümayəndəliyin bəyanatında bildirilib: “Sonuncu hal göstərir ki, biz adi təxribatla deyil, Rusiya nümayəndəliyinin əməkdaşlarını qorxutmaq üçün açıq cəhdlə qarşılaşırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [13:25]
Qazaxıstanda antiterror təlimləri keçirilir
- 02.07.2026 [13:05]
Avrobarometr: Macarıstanda Aİ-yə etimad Avropa orta göstəricisini üstələyib
- 02.07.2026 [12:34]
Cənubi Afrikada avtobus qəzasında 16 nəfər ölüb, 20 nəfər yaralanıb
- 02.07.2026 [12:19]
Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO
- 02.07.2026 [12:04]