Baş prokuror Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 2 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 10-u saat 10:00-da Balakən Rayon Prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [16:39]
Narkomanlığa qarşı mübarizəyə dair profilaktik tədbirlər davam etdirilir
- 02.07.2026 [16:32]
Yeni Dövlət Proqramının icrası baramaçılığın inkişafına güclü təkan verəcək
- 02.07.2026 [16:17]
Şamaxıda “Məktəbli gənclərin inkişafı” yay düşərgəsi açılıb
- 02.07.2026 [15:52]
108 il insanların və gələcəyin keşiyində VİDEO
- 02.07.2026 [15:37]