Özbəkistanda alternativ enerji istehsalı artacaq
Bakı, 2 iyul, AZƏRTAC
Özbəkistanda hidroenergetika əhəmiyyətli sahələrdən biridir və ekoloji təmiz enerji istehsalı ilə yanaşı, həm də iqtisadi baxımdan səmərəlidir. İqtisadi inkişafda və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanın “Özbəkhidroenergo” ASC-nin İdarə Heyətinin sədri Farrux Nurullayev yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda “Özbəkhidroenergo” ABŞ-nin “77 Construction USA Corp”, Çinin “China Huaneng Group”, Xorvatiyanın “Koncar”, Hindistanın “Adani Group” şirkətlərinin rəhbərləri ilə danışıqlar aparılıb və perspektivdə Özbəkistanda su elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Bu layihələrin maliyyələşməsi üçün isə Yaponiyanın “MUFG Bank” və Almaniyanın “AKA Bank” bankları razılaşma əldə edilib.
Farrux Nurullayevin fikrincə, yaxın gələcəkdə xarici tərəfdaşlarla həyata keçiriləcək birgə layihələrlə Özbəkistanda alternativ enerji istehsalı 2 dəfədən çox artacaq. Bu artım Özbəkistanın “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsində iştirakını təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [16:22]
Kiyevdə matəm günü elan olunub
- 02.07.2026 [16:11]
Paşinyan: Azərbaycan və Türkiyə ilə sıx enerji əlaqələri qurmaq istəyirik
- 02.07.2026 [16:09]
Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
- 02.07.2026 [16:09]
Aİ-də demoqrafik dayanıqlılıq üçün vahid yanaşma təklif olunur
- 02.07.2026 [15:22]