Basketbol millisinin baş məşqçisi: Lüksemburqla görüş həlledici olacaq
Bakı, 2 iyul, AZƏRTAC
Komandada ab-hava yüksək səviyyədədir. İtkilərimiz yoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
“Bu gün Lüksemburqla üz-üzə gəlirik. Səhər son məşqimizi etdik. Rəqibin heyətində dəyişikliklər var. Oyunçulara gəlincə, keyfiyyətli basketbolçular görürük. Biz öz sistemimizdən çıxmadan oynamaq istəyirik. Bugünkü görüş həlledici olacaq. Yalnız qələbə barədə düşünürük”, - deyə mütəxəssis bildirib.
İyulun 5-də İrlandiya yığmasına qarşı olacaq matça da toxunan baş məşqçi bu görüşün də asan keçməyəcəyini söyləyib: “Ən böyük üstünlüyümüz evdə oynamağımız olacaq. Azarkeşlərin dəstəyi bizim üçün önəmlidir. Lüksemburq və İrlandiya eynisəviyyəli komandalardır”.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan görüşü bu gün saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]