İQTİSADİYYAT
“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb
Bakı, 28 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan “Ro-Pax” tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, qurumun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı poçt markası Belarus Respublikasının “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb.
Yüksək keyfiyyətlə çap olunmuş poçt markasının ölçüsü 52x37 millimetrdir. Markanın nominal dəyəri 1 AZN-dir.
Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqa sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [15:07]
CAATS-a rəhbərlik Türkiyəyə keçəcək
- 01.06.2024 [12:46]
AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb
- 01.06.2024 [10:55]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 01.06.2024 [10:23]