ELM VƏ TƏHSİL
Zooloji Muzeyin entomoloji kolleksiyasının inventarlaşdırılması və sistemləşdirilməsi aparılır
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin əməkdaşları - böyük laborantlar Səbinə Abdullayeva, Zeynəb Məmmədova və Xatirə Qəhrəmanlı və rəssam-taksodermist Könül Yunusova tərəfindən Quru onurğasızları laboratoriyasında saxlanılan entomoloji kolleksiya materiallarının inventarizasiyası və sistemləşdirilməsi həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, ilin əvvəlindən qızılböcəklər fəsiləsinə (Buprestidal) aid 2 min 792 ədəd, uzunbığlar (Cerambycidae) fəsiləsinə aid 1100 ədəd nümunə invertarlaşdırılaraq kolleksiya fonduna daxil edilib. Həmçinin kolleksiya fondunun elektron kataloqu hazırlanıb. Hazırda digər materiallar üzərində işlər davam etdirilir.