Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb VİDEO

29.01.2022 [16:26]
Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N saylı hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanışın əsas məqsədi Vətən müharibəsində ...

Tahir Mirkişili: Son 18 ildə Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb

29.01.2022 [15:57]
Son 18 ildə Azərbaycanda dörd mühüm nəticəyə nail olunub və ilk növbədə, dayanıqlı əsaslara söykənən güclü birlik yaranıb. Bu, həm xalq-iqtidar birliyidir, eyni zamanda, müxtəlif millətlərin və dinlərin birliyidir. Azərbaycanda belə bir birliyin əldə olunması çox böyük uğurdur ...

Kəlbəcər istiqamətində hərbi qulluqçumuzun axtarışı davam etdirilir

29.01.2022 [15:50]
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb ...

İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib VİDEO

29.01.2022 [14:10]
Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ...

Səməd Seyidov: Bəzi beynəlxalq təşkilatlar kapitulyasiyaya imza atan Ermənistana təsəlli verməyə çalışırlar VİDEO

29.01.2022 [13:14]
Avropa Şurasında, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda müharibədə kapitulyasiya edən Ermənistana hər yolla təsəlli vermək istəyirlər. Bu təsəlli hazırlanan sənədlərdə də əksini tapır. Ermənistanda gedən prosesləri dəstəkləmək, onlara yardım göstərmək və bu istiqamətdə müxtəlif işləri təşkil etmək ...

BMT Azərbaycana təşəkkür edib

29.01.2022 [03:35]
BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib. AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 28-də BMT-də brifinq zamanı beynəlxalq təşkilatın sözçüsü Fərhan Haq bildirib ...

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

28.01.2022 [21:00]
Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb ...

Vladanka Andreyeva: BMTQAK azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtması üçün Azərbaycana dəstək göstərməyə hazırdır

28.01.2022 [19:41]
Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb ...

AŞPA sessiyasında “Şuşa İli”ndən danışılıb

28.01.2022 [19:25]
Dövlətimizin başçısının Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. Bu, sadəcə, təqvim hadisəsi, yaxud bir ölkəyə aid məsələ deyil. Bu mövzunun dərin ictimai-siyasi, iqtisadi və əlbəttə ki, mühüm tarixi-mənəvi mənası var. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı ...

Azərbaycan ilə Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətləri müzakirə olunub

28.01.2022 [18:37]
Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Böyük Britaniya Parlamentində İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti ...

AŞPA-nın qış sessiyasının 10-cu seansı işə başlayıb

28.01.2022 [18:17]
Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 10-cu seansı işə başlayıb. AZƏRTAC xəbər verir ki, sessiya danimarkalı parlamentari Mikael Aastrup Yensenin “Assambleyada monitorinq ...

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək

28.01.2022 [17:46]
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin martında Bakıda keçirilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər ...

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

28.01.2022 [17:44]
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb ...

Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığı olub

28.01.2022 [17:42]
Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif ...

Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb

28.01.2022 [16:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb ...

Nigar Arpadarai: Ermənistanla Azərbaycan arasında münaqişənin mərkəzində bu ölkənin rəsmi Bakıya qarşı ərazi iddiaları dayanır

28.01.2022 [14:10]
Hətta Ermənistanın özündə belə insanlar bu ölkədəki təsisatlarla bağlı məruzədə təsvir edilən çəhrayı və demokratik siyasi sistem haqqında oxuyanda çox təəccüblənəcəklər. Son vaxtlar siyasi motivli həbslər, siyasi opponentlərin hədə-qorxuya məruz qaldığı və səlahiyyətlərdən sui-istifadə edilən başqa bir Ermənistan ...

Zakir Həsənov: Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin artırılması 2022-ci ildə də prioritet məsələ olacaq

28.01.2022 [14:06]
Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ...

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

28.01.2022 [13:49]
Yanvarın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nazir müavinləri ...

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

28.01.2022 [12:57]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb ...