Moskvada “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək

21.08.2019 [21:23]
Moskva vilayətində üçüncü “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, tədbirdə tələbələrin, gənclərin və ictimai təşkilatların, etnomədəni dərnəklərin rəhbərlərinin iştirakı nəzərdə tutulub. Üçüncü dəfə təşkil olunacaq bu tədbir ...

Türkiyədə Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında karate çempionatı keçiriləcək

21.08.2019 [21:11]
Avqustun 23-dən 25-dək Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı yarışda ...

Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər

21.08.2019 [21:00]
Avqustun 23-dən sentyabrın 1-dək Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçiriləcək. Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan yığması yarışda 30 idmançı ilə təmsil olunacaq ...

“Trabzonspor” komandası “Liverpul”un hücumçusunu heyətinə cəlb edib

21.08.2019 [20:52]
Türkiyənin “Trabzonspor” klubu İngiltərənin “Liverpul” komandasından Daniel Starrici transfer edib. AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İngiltərə yığmasının 29 yaşlı hücumçusu ilə üçillik müqavilə imzalanıb. O, Türkiyə klubuna azad agent statusu ilə keçib ...

“Zirvə-Astara” basketbol komandası dünya turu çərçivəsində Polşada çıxış edib

21.08.2019 [20:14]
Azərbaycanın milli yığma komandasının əsasında təşkil edilən “Zirvə-Astara” klubu Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə keçirilən basketbol 3x3 üzrə dünya turundakı çıxışını davam etdirir. AZƏRTAC xəbər verir ki, turun növbəti mərhələsi Polşanın Radom şəhərində təşkil olunub ...

Güllə atıcımız Avropa çempionatında iştirak edəcək

21.08.2019 [17:52]
Sentyabrın 23-də İtaliyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı start götürəcək. AZƏRTAC xəbər verir ki, çempionatda 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında ölkəmizi Ruslan Lunyov təmsil edəcək. Turnir sentyabrın 21-dək davam edəcək ...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb

21.08.2019 [17:40]
Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını başa vuraraq avqustun 21-də Macarıstana yola düşüb. Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə ...

Şahmatçımız Abdulla Qədimbəyli Ukraynada kubok turnirində iştirak edib

21.08.2019 [17:09]
Ukraynanın Lvov şəhərində start götürən şahmat üzrə kubok turnirinin rapid yarışları başa çatıb. AZƏRTAC xəbər verir ki, təmsilçimiz Abdulla Qədimbəyli turnirdə 6,5 xalla 11-ci olub. Şahmatçımız bu nəticə ilə əmsalını 76,6 vahid artırıb ...

Azərbaycanın kiy ustası Seymur Məmmədov dünya çempionatında gümüş medal qazanıb

21.08.2019 [17:05]
Qırğızıstanın Çolpon-Ata şəhərində bilyard idmanının sərbəst piramida növü üzrə dünya çempionatı keçirilib. AZƏRTAC xəbər verir ki, çempionatda inamla çıxış edən kiy ustamız Seymur Məmmədov finalda Rusiya təmsilçisi Semyon Zaytsev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən həlledici görüşdə ...

Futzal üzrə Birinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək

21.08.2019 [16:33]
Sentyabrın 4-də futzal üzrə Birinci Liqanın 2019-2020-ci il mövsümünün püşkü atılacaq. AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yeni mövsümdə liqada 20 komanda - “Standard”, “Baku Fire ...

Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar

21.08.2019 [16:22]
Oktyabrın 19-20-də Rusiyanın Kemerov vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. AZƏRTAC xəbər verir ki, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və ...

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq

21.08.2019 [15:53]
Azərbaycan Gimnastika Federasiyası ilin ən önəmli yarışlarından birinə hazırlaşır. Bakı 14 ildən sonra – sentyabrın 16-22-də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, zərif gimnastlar ...

Əkiz bacılar - Dina və Arina Averinalar Bakıda keçiriləcək dünya çempionatında Rusiya yığmasına başçılıq edəcəklər

21.08.2019 [15:27]
Sentyabrın 16-dan 22-dək Bakıda bədii gimnastika üzrə dünya çempionatı təşkil olunacaq. Yarışlarda Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələr qazanılacaq. AZƏRTAC xəbər verir ki, Rusiya yığmasının ilkin heyətinə şəxsi turnirdə dəfələrlə dünya çempionları olmuş ...

“Neftçi”nin rəqibi Avropa Liqasında iştiraka görə 260 min avro qazanıb

21.08.2019 [15:20]
Rusiyanın “Arsenal” komandasının Avropa Liqasında iştirakı üçün qazandığı vəsait açıqlanıb. AZƏRTAC xəbər verir ki, Tulanın futbol klubu 260 min avro alıb. Xatırladaq ki, İqor Çerevçenkonun komandası Avropa Liqasının ikinci ...

Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

21.08.2019 [12:31]
“Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin dördüncü turuna yekun vurulub. AZƏRTAC xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov ...

Futbol üzrə Azərbaycan millisinin rəqibi Uels yığması heyətini açıqlayıb

21.08.2019 [12:27]
“Avro-2020”nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti açıqlanıb. AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar - Ueyn Henesi ("Kristal Pelas", İngiltərə), Denni Uord ...

AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21.08.2019 [12:23]
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Konami Digital Entertainment Co., Ltd. şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. AFFA-dan AZƏRTAC-a bildiriblər ki, müqaviləyə uyğun olaraq, quruma eFootball ...

Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək

21.08.2019 [12:08]
Milli Paralimpiya Komitəsində (MPK) Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə iki qurum arasında birgə əməkdaşlığın ...

UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib

21.08.2019 [07:56]
Avqustun 20-də UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verilib. AZƏRTAC xəbər verir ki, ilk oyun günündə üç oyun baş tutub. Azərbaycan çempionu “Qarabağ”ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşlər önündə ...