İran Prezidenti qadın jurnalistin başı açıq olduğu üçün ona müsahibə verməkdən imtina edib

22.09.2022 [20:51]
Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib. AZƏRTAC xəbər verir ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa ...

İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb

22.09.2022 [20:38]
İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb. AZƏRTAC xəbər verir ki, Bank faiz dərəcələrini 1,75 faizdən 2,25 faizə qaldırıb. Mərkəzi Bank əvvəllər iqtisadiyyatın artacağını proqnozlaşdırsa da, bu rübdə 0,1 faiz azalma gözlənilir ...

Futbol toplarına bənzər mobil evlər

22.09.2022 [19:37]
Futbol toplarına bənzər mobil evlər kiçik olmaqla kosmik gəmilərə oxşayır. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, sahəsi təqribən 50 kvadratmetr olan bu antiseysmik evlər sifarişçinin arzusu ilə istənilən ...

Qədim Misir kraliçası Nefertitinin sərdabəsi tapılıb

22.09.2022 [19:35]
Arxeoloqların uzun illər qədim Misir kraliçası Nefertitinin sərdabəsinin aşkar edilməsi istiqamətində tədqiqatları bir nəticə verməmişdi. Bu günlərdə məşhur misirşünas Zahi Havas bəyan edib ki, bu sərdabə tapılıb və kraliçanın mumiyasının müəyyən edilməsi üçün DNT ...

İspaniya hökuməti varlılara müvəqqəti vergi tətbiq etməyi planlaşdırır

22.09.2022 [18:31]
İspaniya hökuməti gələn ildən varlı şəxslərə müvəqqəti vergi tətbiq etmək niyyətindədir. AZƏRTAC EFE informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İspaniyanın maliyyə naziri Mariya Xesus Montero bildirib ...

AFR-də əcnəbi tələbələr üçün də çətin dövrlər başlanır

22.09.2022 [18:31]
Son iki ildə koronavirus pandemiyası onunla nəticələnib ki, Almaniyada mənzillərin icarə qiymətləri bir az aşağı düşüb. Bir çox marketoloqların etirafına görə, COVID-19 bahalaşmanı dayandırıb. AZƏRTAC xəbər verir ki, indi həmin “fasilə” başa çatıb, bundan sonra ...

Almaniyada elektrik enerjisi daha da bahalaşa bilər

22.09.2022 [18:21]
Bu günlərdə Almaniyada aparılan tədqiqatın nəticələrinə görə, artıq yaxın aylarda ölkədə elektrik enerjisinin dəyərinin yenidən qalxması gözlənilir. AZƏRTAC xəbər verir ki, bu dəyərləndirmə gələcəkdə Rusiyadan təbii qazın alınmayacağı ehtimalına əsaslanıb ...

Pakistanda daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər ölüb

22.09.2022 [16:56]
İyulun 1-dən Pakistanın Sind əyalətində baş verən daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər həyatını itirib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər ...

Şimali Koreya Rusiyaya silah göndərməsi barədə iddiaları rədd edib

22.09.2022 [16:46]
Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah və hərbi sursat göndərməsi barədə iddiaları rədd edib. AZƏRTAC xəbər verir ki, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin Milli Müdafiə Nazirliyinə istinadla bu barədə məlumat yayıb ...

Meksikada yenə zəlzələ baş verib VİDEO

22.09.2022 [14:53]
Bu gün səhər tezdən Meksikada Miçoakan ştatının Koalkoman şəhərindən 81 kilometr cənubda 6,9 bal gücündə zəlzələ baş verib. AZƏRTAC Meksika Milli Seysmologiya Xidmətinə istinadla xəbər verir ki, yeraltı təkanlar ölkənin paytaxtı Mexikoda da hiss olunub. Mexiko hökumətinin rəhbəri Klaudia Şeynbaumun sözlərinə görə, paytaxtda ...

Ukrayna limanlarından indiyədək taxıl yüklü 192 gəmi yola salınıb

22.09.2022 [14:41]
“Taxıl təşəbbüsü” çərçivəsində Ukrayna limanlarından indiyədək 192 gəmi yola çıxıb. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb. Məlumata görə, avqustun 1-dən bəri Asiya, Afrika və Avropa ...

Ukrayna Rusiyanın əsir düşmüş 55 hərbçisini təhvil verib

22.09.2022 [13:55]
Rusiyanın 55 hərbçisi Ukraynadan əsirlikdən qayıdıb. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, əsirlər mübadiləsinə dair aparılan danışıqlar nəticəsində ...

Hindistanda terror fəaliyyətinə görə yüzdən çox şəxs həbs edilib

22.09.2022 [13:21]
Hindistanın Milli İstintaq Agentliyi və ölkənin hüquq-mühafizə orqanları 11 ştatda reydlər keçirib və nəticədə Hindistan Xalq Cəbhəsi ekstremist təşkilatının yüzdən çox üzvü həbs edilib. AZƏRTAC India Today telekanalına istinadla xəbər verir ki, ekstremist təşkilatın sıralarında ...

Rumıniyanın neft emalı zavodları Rusiya xam neftinə alternativ tapıb

22.09.2022 [13:19]
Rusiyadan neft məhsullarına embarqonun dekabrda qüvvəyə minməsini nəzərə alaraq, Rumıniyanın neft emalı zavodları Rusiya xam neftinə alternativ mənbələr tapıb. AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Virgil Popesku deyib ...

Funt sterlinqin məzənnəsi son 37 ildə ilk dəfə 1,13 dollardan aşağı enib

22.09.2022 [13:17]
Funt sterlinqin dollar qarşısında məzənnəsi 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Günün əvvəlində Böyük Britaniyanın rəsmi valyutasının dəyəri 1,1296 dollara qədər enib. AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, ilin əvvəlində ...

G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü gələn ilin aprelində Yaponiyada keçiriləcək

22.09.2022 [13:16]
Yaponiyanın sədrliyi ilə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü 2023-cü il aprelin 16-dan 18-dək Yaponiyada keçiriləcək. AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi G7 ölkələrindən olan həmkarları ilə görüşü zamanı bildirib ...

Türkiyə Prezidenti: ABŞ ilə ticarət həcmimiz 100 milyard dollara çatacaq

22.09.2022 [12:53]
Mövcud sürət düzgün və qətiyyətlə davam etdirilərsə, ABŞ ilə ticarət həcmimiz qısa zamanda 100 milyard dollar hədəfinə çatacaq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda təşkil olunan Türkiyə-ABŞ Biznes Forumundakı çıxışında ifadə edib ...

Dünyada ən iri fond iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində 2050-ci ilə qədər öz aktivlərini karbonsuzlaşdıracaq

22.09.2022 [12:11]
Norveçin Dövlət Pensiya Fondu (keçmiş Qlobal Neft Fondu) iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində öz aktivlərini karbonsuzlaşdırmağı qərara alıb. Beləliklə, firmalar Paris Sazişinə uyğun olaraq 2050-ci ilə qədər istixana qazları tullantılarını azaldaraq ...

Qazaxıstanda prezident seçkilərinə namizədlərin irəli sürülməsi sentyabrın 23-də başlayacaq

22.09.2022 [11:50]
Qazaxıstanda noyabrın 20-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri üçün namizədlərin irəli sürülməsi prosesi sentyabrın 23-də başlayacaq və oktyabrın 11-i yerli vaxtla saat 18:00-dək davam edəcək.AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib ...