Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC 

Cari ildə Bakıda Formula-1 üzrə ilk yarış yüksək səviyyədə təşkil olunub. “Odlar yurdunda sürətin zirvəsində” şüarı ilə təşkil olunan yarışda saatda 340 kilometr sürət nəzərdə tutulsa da, rəsmi olaraq saatda 366 kilometr sürət qeydə alınıb. Həmçinin ən qısa pit-stopda cari ildə Bakıda təşkil olunan Qran-priyə məxsusdur. Pit-stop 2 saniyədən də az çəkib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 2-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 üzrə Azərbaycan Qran-prisinin mətbuat katibi Nigar Arpadarai mətbuat konfransında bildirib.

Yarış zamanı Əziz Əliyev küçəsindəki ensiz yolun və 2 kilometrlik sürətli hissənin Formula-1 azarkeşləri tərəfindən həyəcanla qarşılandığını vurğulayan N.Arpadarai deyib: “Avropa Qran-prisinə hazırlıq prosesi 783 gün davam edib. Qırx yeddi ölkədən 25 min azarkeş Qran-prini canlı izləyib. Yarışın yüksək səviyyədə təşkili üçün 10 min işçinin, 5 min isə könüllünün əməyindən istifadə olunub. İlk yarışımız Avropa Qran-prisi adı ilə keçirildi. Bütün dünya Azərbaycanı, Bakını gördü. Fəxr hissi ilə bildiririk ki, növbəti yarış Azərbaycan Qran-prisi adlanacaq. Həmçinin bu yarış “24 saat Le Man” marafonu ilə üst-üstə düşməyəcək. Növbəti mövsümdə yarışların üst-üstə düşəcəyini düşünmürük. Yaxın 3-4 il ərzində gecə yarışı keçirməyi planlaşdırmırıq.

“Ötən il Bakının küçələrində, trasın keçdiyi ərazilərdə təmir işləri aparılmışdı. Bunun da əsas məqsədi şəhərin Formula-1 trasına çevrilməsi idi. Asfalt qatı, tribunalar və təhlükəsizlik baryerlərinin quraşdırılması müəyyən vaxt tələb edirdi. Növbəti mövsümdə bu işlər daha az görüləcək. Tribunalar, beton bloklar və təhlükəsizlik baryerləri artıq bizdə var. Lazım olan vaxtda onlar anbarlardan götürülərək quraşdırılacaq. Qarajların yerləşdiyi pit-binası isə yarışdan sonra sökülməyib. Asfalt qatı beynəlxalq standartlara cavab verdiyi üçün yenilənməyəcək. Sadəcə qənbər daşları olan küçədə yeni asfalt qatı salınacaq. Biz qənbər daşlarını zədələmədən ilk yarışımızı uğurla təşkil etdik. Digər işlər isə qısa zamanda görüləcək. Çalışacağıq ki, işlərimizi paytaxt sakinlərini narahat etmədən aparaq. Şəhərdə infrastrukturun hazırlanması prosesinə gələn ilin martından start veriləcək. O vaxtadək isə əsasən təbliğat və reklam işləri ilə məşğul olacağıq”, - deyə N.Arpadarai əlavə edib.

2017-ci ildə təşkil olunacaq Azərbaycan Qran-prisinin biletlərinin satışa çıxarıldığını deyən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim onlayn şəkildə ilk biletin İngiltərədən alındığını diqqətə çatdırıb. Bildirib ki, ardınca isə Rusiyadan bilet sifariş olunub. Hazırda paytaxtın 17 yerində bilet satışı məntəqələri quraşdırılıb. Sevindirici haldır ki, ölkəmizdə təşkil olunan yarışa maraq böyükdür. Bizim əsas hədəfimiz xarici azarkeşlərin Azərbaycana cəlb olunmasıdır. Çünki onlar ölkələrinə qayıtdığı zaman Bakı və yarış haqqında yaxınlarını məlumatlandıracaqlar. Bu da ölkəmizin tanıdılması istiqamətində vacib addımlardandır.

“Gələn ilki yarışın biletlərinin kateqoriyalarında bəzi dəyişiklik olunub. Bu il təşkil olunan yarışa birgünlük və üçgünlük biletlər satışa çıxarılmışdı. Növbəti yarışa isə dördgünlük və hər gün üçün ayrıca biletlər əldə etmək mümkün olacaq. Bir günlük biletlərin qiyməti 60 manat, dördgünlük biletlərin qiyməti “Abşeron” tribunası üzrə 690 manat nəzərdə tutulub. Gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunub və azarkeşlər biletləri 30 faiz endirimlə əldə edə bilərlər. Fürsətdən istifadə edərək azarkeşlər kampaniya çərçivəsində dördgünlük biletləri 550 manata ala bilərlər. Həmçinin “Junior tickets” adlı yeni bilet növü də satışa çıxarılıb. Bundan 2-15 yaşlılar xüsusi endirimlərlə yararlana biləcəklər”, - deyə Bülənt Özərdim vurğulayıb.

Qran-pridə yarışın həftəsonunun üç günü ərzində nəzərdə tutulduğunu diqqətə çatdıran B.Özərdim gələn il iyunun 22-də “Pit-line walk” adlı tədbirin təşkil olunacağını deyib. Vurğulayıb ki, “Pit-line walk”da azarkeşlər pit-yoluna daxil olacaq, sevimli pilotları, həmçinin komandaların yarışa hazırlığını canlı izləyə biləcəklər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, gələn il Formula-1 üzrə Azərbaycan Qran-prisi iyunun 25-də təşkil olunacaq.

Gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub