Rumıniyanın AGERPRES xəbər agentliyi 20 Yanvar faciəsi ilə bağlı məlumat yayıb VİDEO
Buxarest, 20 yanvar, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi 20 Yanvar faciəsi ilə bağlı məlumat yerləşdirilib.
Məlumatda Qanlı Yanvar faciəsinin tarixi, Sovet ordusunun dinc əhalini atəşə tutduğu, bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, həmçinin digər millətlərin də nümayəndələrinin olduğu, 140-dan çox insanın qətlə yetirildiyi, 700-dən artıq insanın yaralandığı, SSRİ-nin Azərbaycanda süqutu göstərilir. Eyni zamanda Azərbaycan xalqının müstəqillik uğrunda əziyyətli, çətin yol keçməsinə baxmayaraq, düzgün aparılmış islahatlar hesabına hazırda yüksək inkişafa nail olduğu vurğulanır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest