Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprel döyüşlərində əsgər və zabitlərimizin döyüş ruhu yüksək səviyyədə idi VİDEO

Aprel döyüşlərində əsgər və zabitlərimizin döyüş ruhu yüksək səviyyədə idi VİDEO

Bakı, 31 mart, AZƏRTAC

Aprel döyüşlərində Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhu yüksək səviyyədə idi. Əgər əməliyyatlar dayandırılmasa idi, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Düşmən bütün silah-sursatını atıb qaçmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 31-də aprel döyüşlərinin iştirakçısı olan bir qrup hərbçinin KİV nümayəndələri ilə Müdafiə Nazirliyində təşkil edilən görüşdə səsləndirilib.

Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov bildirib: “Düşmən elə bilirdi ki, tikanlı məftillər keçilməzdir. Ermənilər elə zənn edirdilər ki, Azərbaycan Ordusunun döyüş ruhu zəifdir. Onların düşündüyünün əksinə, böyük əzmlə düşmənlə döyüşə atıldıq və düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edərək səngərləri qoyub qaçmağa məcbur etdik. Ermənilər Goranboy istiqamətində tanklarla hücuma keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin tanklarının və kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qaçdı. Bundan başqa, ermənilər döyüş meydanından qaçmaq istəyən 15 əsgərini də güllələyərək öldürmüşdülər. Düşmən indi də qorxu içindədirlər. Çünki bilir ki, Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı düşməndən mütləq azad edəcək”.

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunun çox yüksək səviyyədə olduğunu xüsusi qeyd edən E.Sadıqov deyib: “Əsgərlərimiz həqiqətən döyüşməyi əla bacarırlar. Ermənistan ordusu tərəfindən bir də belə hal təkrar olunarsa, düşmən tərəfi hücumumuza tab gətirə bilməyəcək. Çünki onların heç bir qüvvəsi qalmayıb. Əgər döyüş dayandırılmasa idi, düşmən hücumlarımıza tab gətirə bilməyəcəkdi. Ermənilərin bizimlə bağlı düşüncələrini alt-üst etdik və bizim gücümüzü, qüdrətimizi onlar əyani surətdə gördülər. Tap Qaraqoyunlu kəndi daim düşmənin hücumlarına məruz qalırdı. Həmin yüksəklikdən düşmən ərazilərimizi nəzarətdə saxlaya bilirdi. Eyni zamanda, mülki əhaliyə düşmən rahatlıq vermirdi. Biz həmin ərazini azad etdik və Talış-Madagiz istiqamətində strateji ərazilər hazırda bizim nəzarətimizdədir. Amma onlar özləri də bunu sonradan etiraf etdilər ki, biz onlardan güclüyük, Azərbaycan əsgəri həqiqətən döyüşməyi bacarır. Tap Qaraqoyunlu istiqamətində düşmənin təxribat törətdiyi və ələ keçirə bilmədiyi posta mənim adım, yəni “Eldəniz” adı verilib. Sonra düşmən həmin ərazini ələ keçirmək istədi və itki verərək geri oturduldu”.

Ağdam istiqamətində gedən döyüşlərdə yaralanan polkovnik-leytenant Xəqani Cəfərov bildirib: “Düşmənin bizə gücü çatmadığı üçün kəndlərimizi, mülki əhalini atəşə tuturdular. Çünki onların qarşısında duran Azərbaycan əsgərinə, zabitinə güllə atan kimi, dərhal layiqli cavablarını alırdılar. Aprel döyüşlərində hər bir əsgərdə, gizirdə, zabitdə çox yüksək döyüş ruhu var idi. Hər bir əsgər onunla birlikdə vuruşan komandirinin döyüşünə baxırdı və fərəhlənirdi, daha ürəklə savaşırdı. Çünki hər birimiz bilirdik ki işimiz haqq işidir, qarşımızda olan ərazilər ermənilərin işğal etdiyi bizim torpaqlarımızdır. Düşmənə sübut etdik ki, onlar bizim kimi döyüşə bilməzlər. Çünki biz torpaqlarımızın azad edilməsi yolunda vuruşurduq. Torpağımızda tökdüyümüz hər damcı qan tarixə yazılır. Ona görə də əsgərlərimiz qorxmadan, cəsarətlə və yüksək əhval-ruhiyyədə döyüşürdülər. Hər bir zabit, gizir, əsgər bu döyüşlərdə canını belə verməyə hazır idi ki, işğal olunmuş torpaqlarımızı azad edək. Döyüş ermənilər tərəfindən başlanıldı. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər artilleriya atəşi ilə kəndləri atəşə tutdular. Biz aprel döyüşlərində sübut etdik ki, lazımi qədər texnikamız var. Lakin biz onların hamısından, daha uzaq mənzilli silahlardan istifadə etmədik. İstifadə etdiyimiz silahların bir qismi hələ onları vahiməyə salmışdı, ermənilərin yanına düşən hər bir mərmi onların əsgər və zabitlərini qorxuya salırdı. Hər şeyi atıb qaçırdılar ki, təki canlarını qurtarsınlar”.

X.Cəfərov qeyd edib ki, hər bir zabitimiz, gizirimiz, əsgərimiz qanından, canından keçərək torpaqlarını azad etməyə hər an hazırdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Müdafiə Nazirliyinin rəhbərliyi bizi daim diqqət mərkəzində saxlayırlar.

Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə isə bildirib: “Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda içimizdə yalnız ruh yüksəkliyi var idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Orada biz fikirləşmirdik ki, biz yaralana, ölə bilərik. Yeganə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. Düşmən bizdən çox zəifdir, qorxaqdır. Çünki onlar oranı tərk edərkən öz silahlarını atıb qaçmışdılar, bizim torpaqlarımızda qurduqları postları atıb qaçmışdılar. İndi bu yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilirik”.

Əməliyyatlar zamanı başından snayper yarası aldığını amma döyüşü tərk etmədiyini vurğulayan zabit deyib: “Amma döyüşü tərk etmədim. Düşmən qüvvəsini məhv etdikdən sonra ayağımdan güllə yarası aldım. Bundan sonra hərəkət qabiliyyətimi itirdim. Döyüşçü yoldaşlarım məni xilas etdilər. Yaralı olduqdan sonrakı vaxtlarda hər kəs bizimlə maraqlanırdı, mənəvi dəstək göstər­irdilər. Qazi olsaq da, amma içimizdəki Vətən sevgisi, dövlətə, millətə inam, Ordumuza olan sevgimiz xidmətimizi davam etdirməyə zəmin yaratdı. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışıq və Ali Baş Komandanın əmrlərinə hazırıq”.

Ötən il aprelin 1-dən 2-nə keçən gecə düşmənin canlı qüvvəsinin və diversiya qruplarının Tap Qaraqoyunlu və Talış ərazilərində bir neçə istiqamətdən təxribat törətmək üçün hücuma keçdiklərini qeyd edən kapitan Rauf Musayev isə bildirib: “Mən və döyüş yoldaşlarım həmin ərazidə düşmənin təxribatının qarşısını almaq üçün vuruşduq və əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq. Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Hazırda Talış istiqamətində düşmənin çox böyük ərazilərinə nəzarət edə bilirik. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxur. Ermənilər yaralı əsgərləri və meyitləri döyüş meydanında qoyub qaçırdılar. Düşmənin şəxsi heyəti çatışmadığından onlar yaşlı adamların, təcrübəsiz insanların köməyindən istifadə edirdilər. Belə hallarda olmuşdu ki, ermənilər qaçan əsgərlərini qollarından iriçaplı silahlara bağlamışdılar. İnanmıram ki, ermənilər bizə müqavimət göstərə bilsinlər. Bizim ordumuz döyüş ruhu, döyüş əzmi ilə güclüdür, bizim ən müasir silah və texnikamız var”.

Sonra mətbuat konfransında iştirak edən zabitlər jurnalistlərin suallarını cavablandırıblar.

Aprel döyüşlərində əsgər və zabitlərimizin döyüş ruhu yüksək səviyyədə idi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb