Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Bakı, 24 aprel, Elvin Mövsümov, AZƏRTAC

Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində quraşdırılmış fotostendlə və Komissiya tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Sonra XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış türk-müsəlmanların və hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç “1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavab və bu sahədə Azərbaycan-Türkiyə əlaqələrinin önəmi” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, komitənin məqsədi əsassız erməni iddialarını ortaya çıxarmaq, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi uğrunda əsl həqiqətləri dünyaya çatdırmaqdır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Dövlət Komissiyasının üzvü, akademik İsa Həbibbəyli çıxışında ermənilərin hər il aprelin 24-nü özlərinin soyqırımına məruz qaldıqları gün kimi bütün dünyada qeyd edirlər. Ermənilərin bu əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati işin müsbət bəhrə verdiyini vurğulayan İ.Həbibbəyli qeyd edib ki, bu, hücum taktikasının uğurlarının göstəriciləridir. Akademik ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının araşdırılması və dünyaya çatdırılmasında AMEA-nın bir neçə institutunun təşəbbüsü ilə sanballı elmi əsərlərin hazırlanaraq müxtəlif dillərə tərcümə olunmasının, konfransların və seminarların keçirilməsinin önəmini diqqətə çatdırıb. Ermənilərin tarixboyu Qafqazda sülhü, sabitliyi pozduqlarını, müxtəlif cinayətlər, qətliamlar törətdiklərini, böyük dövlətlərin əlaltısı kimi onların çirkin niyyətlərinin icraçısı olduqlarını vurğulayan İ.Həbibbəyli onların bu əməllərini bu gün də davam etdirdiklərini vurğulayıb.

Moldova Respublikasının keçmiş ombudsmanı Aureliya Qriqoriu “Erməni icmalarının bir sıra dövlətlərin müasir siyasətinə təsiri” mövzusunda məruzəsində bildirib ki, bu beynəlxalq konfransın erməni yalanlarını ifşa etmək baxımından mühüm əhəmiyyəti var. “Mövzu yalnız Azərbaycan və Türkiyə üçün deyil, dünya üçün aktualdır”, - deyən A.Qriqoriu Ermənistanın monoetnik ölkə olduğunu, orada faşizmin dövlət səviyyəsində dəstəkləndiyini qeyd edib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bildirən sabiq ombudsman bu ölkədə irqçiliyin təbliğ olunduğunu söyləyib. O, erməni terrorunun azərbaycanlılara və türklərə qarşı dünyada geniş yayıldığını vurğulayıb. “Bu cür konfransların təşkili həqiqəti nümayiş etdirmək, həmçinin erməni yalanlarını ifşa etmək baxımından müstəsna əhəmiyyətə malikdir”, - deyən Aureliya Qriqoriu erməni icmalarının başqa dövlətlərin müasir siyasətinə təsir etmək üçün öz çirkin və məkrli siyasətlərindən istifadə etmələri barədə çoxsaylı faktları sadalayıb. Vurğulayıb ki, erməni millətçilərinin məqsədi və ideyaları terrorçuluğu təbliğ etməkdir. Aureliya Qriqoriu Azərbaycanda həyata keçirilən multikultural siyasətin dövlət səviyyəsində dəstəklənməsindən də danışıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Erməni soyqırımı”nın ideya müəllifləri və onların mənsub olduqları dövlətlərin kəsişən maraqları” mövzusunda çıxış edərək erməni soyqırımı iddialarının tarixi barədə məlumat verib. O, bu əsassız iddiaların şişirdilərək yayılmasında ermənilərdən öz məqsədləri naminə istifadə edən böyük dövlətlərin payı olduğunu vurğulayaraq bir sıra faktları diqqətə çatdırıb. “Qondarma “erməni soyqırımı” iddialarının yayılmasında maraqlı olan həmin qüvvələr təəssüf ki, ölkələrimizə qarşı çirkin niyyətlərini bu gün də həyata keçirməyə çalışırlar”, - deyən N.Mustafa bildirib ki, bunun qarşısını almaq üçün tarixçilərimiz birgə çalışaraq sanballı elmi əsərlər ortaya qoymalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov “Qondarma “erməni soyqırımı”nın ifşası, yeni fəaliyyət strategiyası tələb edir” adlı məruzəsində Prezident İlham Əliyevin tapşırığı ilə erməni təbliğatına qarşı cavab taktikası deyil, hücum taktikasından istifadə olunması nəticəsində bu istiqamətdə mühüm dönüş yarandığını vurğulayıb. Qeyd edib ki, 1915-1919-cu illərdə ermənilərin soyqırımlarına təkcə türklər və azərbaycanlılar deyil, bu ərazidə yaşayan digər xalqların nümayəndələri, o cümlədən yəhudilər, kürdlər, talışlar, eləcə də müsəlman ermənilər və digər azsaylı xalqlar da məruz qalıblar. Bütün bu soyqırımları ilə bağlı faktlar ermənilərin törətdikləri qanlı əməllərin dünyaya çatdırılması istiqamətində hazırlanan əsərlərdə geniş şəkildə əksini tapmalıdır. Təbliğat işlərində qondarma “erməni soyqırımı”nı dəstəkləyən dövlətlərin əsl siyasi məqsədləri də geniş ifşa olunmalıdır.

AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart qırğınları erməni xadimlərinin təqdimatında” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Bakının erməni əhalisi mart qırğınını böyük qələbə kimi qeyd edirdilər. Lakin şəhərin yəhudi və rus əhalisinin ciddi etirazlarından sonra ermənilər mart qırğınının onların özlərinə qarşı törədildiyini iddia etməyə başladılar. Kütləvi qətliamların miqyası, insan tələfatı böyük olduğu üçün ermənilər onu vətəndaş müharibəsi kimi qələmə verməyə çalışdılar. Lakin Nəriman Nərimanovun və digər vətənpərvər azərbaycanlıların səyləri nəticəsində mart soyqırımına milli qırğın kimi qiymət verildi. Bu qırğınla bağlı həqiqətlərin araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının rolu çox böyük əhəmiyyət daşıyır.

Solmaz Rüstəmova-Tohidi ulu öndər Heydər Əliyevin 1998-ci ildə 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı mühüm əhəmiyyət kəsb edən Fərmanı imzalamasının ölkəmizdə bu qətliama dövlət səviyyəsində verilən hüquqi-siyasi qiymət olduğunu diqqətə çatdırıb. O, hər il 21 aprel tarixinin Türkiyədə dinc müsəlmanların soyqırımı günü kimi qeyd olunması ilə bağlı Tələt Paşa Komitəsinin təklifinin dəstəklənməsinin önəmini vurğulayıb.

Hüquq elmləri doktoru professor Namiq Əliyev ermənilərin çirkin niyyətləri, onların törətdikləri qətliamlar ilə əlaqədar arxivlərdə hələ açılmamış xeyli sayda tarixi sənədin olduğunu bildirib. O deyib ki, belə sənədlərdən biri 1827-ci ildə Tiflis hərbi qubernatorunun Osmanlı imperiyasının təbəəsi olan erməni tacirin xahişi ilə bağlı yuxarı instansiyalara məruzəsidir. Məruzədə Rusiya vətəndaşlığına keçmək istəyən erməni tacirin Türkiyədə sahib olduğu imtiyazlarla təmin ediləcəyi təqdirdə Rusiyanın maraqları naminə türklərə qarşı hər cür fəaliyyətdə iştirak etməyə hazır olması əksini tapıb. N.Əliyev ermənilərin çirkin niyyətlərinin ifşası baxımından belə sənədlərin üzə çıxarılaraq müxtəlif dillərə tərcümə edilib yayılmasının vacibliyini vurğulayıb.

Tələt Paşa Komitəsinin üzvü dosent Ömər Lütfi Taşçıoğlu “Ermənilər tərəfindən Anadoluda törədilmiş soyqırımları” mövzusunda məruzəsində bildirib ki, Osmanlının güclü olduğu illərdə dövlətə sadiq qalan ermənilər imperiyanın zəiflədiyi dövrdə üsyanlar qaldıraraq qanlı qırğınlar törədiblər. Birinci Dünya müharibəsində şərq cəbhəsində döyüşən Osmanlı ordusunda xidmət edən ermənilər rus ordusunun tərəfinə keçərək türklərə qarşı vuruşmağa başlayıblar. Rus ordusuna qoşula bilməyənlər isə silahlı dəstələr təşkil edərək dinc əhaliyə qarşı misli görünməmiş qətliamlar törədiblər. Ömər Lütfi Taşçıoğlu ermənilərin Anadoluda törətdikləri qətliamları tarixi faktlar əsasında konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Özbəkistanlı alim-tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru Şuhrat Barlas Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə, Daşnaklar - Fərqanədən Qarabağadək” mövzusunda məruzəsində Azərbaycan torpaqlarının zəbt olunması faktına diqqəti cəlb edərək bildirib ki, bu gün bütün dünya ictimaiyyətinin BMT-nin üzvü olan suveren dövlətin ərazisinin 20 faizinin işğalı ilə bağlı qəbul edilən qətnamələrin tələblərinin yerinə yetirilməməsinə göz yumması hiddət doğurur.

Ermənilərin Anadolu və Azərbaycan ilə yanaşı, Özbəkistanda da qanlı qırğınlar törətdiklərini vurğulayan Şuhrat Barlas Salamov qondarma “erməni soyqırımı” iddiaları ilə əlaqədar beynəlxalq ictimaiyyətin ikili standartlardan yanaşdığını vurğulayaraq deyib: “Mən “Daşnaksütun” partiyasının terrorçu təşkilat olduğunu söylədiyim üçün ermənilər tərəfindən məhkəməyə verildim. Lakin ermənilərin törətdikləri soyqırımları ilə bağlı arxivlərdə, o cümlədən Azərbaycan Respublikasında kifayət qədər qiymətli tarixi sənədlər var. Biz bu sənədlərin dünyaya çatdırılması, onlara hüquqi qiymət verilməsi baxımından birgə hərəkət etməliyik”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Cavid Vəliyev “Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi və qondarma “erməni soyqırımı” amili” mövzusunda məruzəsində bildirib ki, sərhədlərin açılması ilə əlaqədar Türkiyənin əsas tələbləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qondarma “erməni soyqırımı” və Türkiyəyə ərazi iddialarına son qoyulması olsa da, Ermənistan hakimiyyəti Türkiyəyə iddiaları bu gün də rəsmi şəkildə davam etdirir. Müxtəlif dövrlərdə sərhədlərin açılması ilə bağlı Qərb dövlətlərinin Türkiyəyə ciddi təzyiq göstərdiyini vurğulayan C.Vəliyev bu prosesin tarixi barədə ətraflı məlumat verib.

İrlandiyalı gənc tədqiqatçı Şon Patrik Smit “Ermənilər tərəfindən Azərbaycanda törədilmiş soyqırımları və Xocalı” mövzusunda çıxışında ermənilərin 1970-ci illərdə qondarma “erməni soyqırımı” iddialarını gündəmə gətirərək Avropada xidmət edən türkiyəli diplomatlara qarşı sui-qəsdlər törətməyə başladıqlarını vurğulayıb. İrlandiyalı alim ermənilərin Anadoluda, tarixi torpaqlarımızda törətdikləri soyqırımları barədə faktların üzə çıxarılması və yayılması istiqamətində son dövrdə Azərbaycan dövləti tərəfindən görülən işlərin əhəmiyyətini xüsusi qeyd edib.

Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə ermənilərin törətdikləri soyqırımları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında belə konfransların əhəmiyyəti yüksək qiymətləndirilib. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, “beyin mərkəzləri”nin vahid mövqedən çıxış etməsinin, gənc alimlərin həvəsləndirilməsinin və dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov səmərəli müzakirələrin aparıldığı konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını vurğulayıb.

Bununla da “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans işini başa çatdırıb.

Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb