Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanda qeyd edilib VİDEO

Sofiya, 28 mart, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Bolqarıstanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

Anım mərasimində çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyini qeyd etdiyimiz 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar bir il olduğunu, bir əsr əvvəl ölkəmizdə müsəlman Şərqində ilk parlament demokratiyasının yaradıldığını bildirib. AXC-nin yalnız iki il ömür sürməsinə baxmayaraq, hələ Qərb demokratiyalarından öncə irqindən, cinsindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq bütün insanlara səs vermək hüququ, eləcə də qadınlara kişilərlə bərabər siyasi hüquqlar verdiyini diqqətə çatdıran N.Qurbanova bununla belə Azərbaycanın müstəqillik yolunun və AXC-nin mövcudluğunun asan başa gəlmədiyini qeyd edib. Səfir deyib ki, bu gənc demokratiyanın yaranmasından öncə azərbaycanlılar torpaqlarımızın zorla zəbti və günahsız həmyerlilərimizin qətli ilə nəticələnmiş kobud erməni millətçiliyi və separatçılığı ilə üzləşiblər. İştirakçıların çoxunun Ermənistanın tarixi Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları nəticəsində 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olduğunu vurğulayan diplomat Ermənistanın açıq təcavüzünün Azərbaycan Respublikasının 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ermənilərin yaşamadığı 7 ətraf rayonun işğal edilməsinə və 1 milyon azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə səbəb olduğunu bildirib. Ermənilərin azərbaycanlılara qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirməsindən danışan səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sadəcə Xocalıda 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 nəfər günahsız azərbaycanlı dinc sakinin, ümumilikdə isə 20 mindən çox insanın öldürüldüyünü qeyd edib. O əlavə edib ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi sadəcə təcavüzkar separatizm deyil, xüsusilə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycan xalqına qarşı terrorun tarixinin “böyük Ermənistan”ın qurulması xülyası naminə törədilən faciələrlə dolu olduğunu ifadə edən N.Qurbanova bu faciələr arasında 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən silahsız azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırımının xüsusi yer tutduğunu vurğulayıb. Minlərlə azərbaycanlının erməni millətçiləri tərəfindən Bakıda, Qarabağda və Azərbaycanın bir çox digər yerlərində, eləcə də indiki Ermənistanın azərbaycanlılar yaşamış məntəqələrində yalnız etnik mənsubiyyətlərinə görə qətlə yetirildikləri iştirakçıların diqqətinə çatdırılıb və bu günlərin Azərbaycan tarixinin ən qanlı səhifələrindən olduğu bildirilib. XIX əsrin sonlarında neft sənayesinin inkişafının Bakını sürətlə inkişaf edən çoxmillətli sənaye şəhərinə çevirdiyini bildirən N.Qurbanova müxtəlif millətlərin, o cümlədən ermənilərin bir çoxunun iş imkanları üçün Bakıya gəldiklərini, rus inqilabı hərəkatlarında fəal iştirak edən fəhlə sinfi ilə yanaşı, prosesə cəlb olunduqlarını, lakin əsl həqiqətdə isə inqilabçı ideyaları öz millətçilik gündəmlərini ört-basdır etmək üçün istifadə etdiklərini qeyd edib. Həmin dövrdə daşnakların azərbaycanlılara qarşı təcavüzkar planlarını həyata keçirmək üçün Rusiya imperiyasının dağılmasından sui-istifadə etdiyini bildirən səfir 1917-ci il inqilabından sonra bolşeviklərin lideri Vladimir Leninin etnik erməni Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdiyini bildirib və diqqətə çatdırıb ki, bu əsasda erməni millətçiləri, xüsusilə daşnaklar bolşevizmin bayrağı altında öz niyyətlərini həyata keçirib və 1918-ci ilin mart-aprel aylarında əks-inqilabçı elementlərə qarşı müharibə pərdəsi altında minlərlə azərbaycanlını öldürüblər. S.Şaumyanın ifadəsinə əsasən bu təcavüzkar qırğında Bakı Sovetinin 6000 silahlı əsgəri ilə yanaşı, 4000 silahlı daşnak da iştirak edib.

Müxtəlif hesablamalara görə, 1918-ci ilin 31 mart tarixi və aprel ayının ilk günlərində Bakı şəhərində 12 min-30 min arası azərbaycanlının öldürüldüyünü söyləyən N.Qurbanova erməni millətçiləri tərəfindən Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğın və etnik təmizləmələrin aparıldığını vurğulayıb. Daha sonra diplomat azərbaycanlıların qırğınının əsas iştirakçılarından olmuş erməni zabiti Ovanes Apresyanın xatirələrində sadəcə Bakıda onlar tərəfindən 25 min azərbaycanlının öldürüldüyünü yazdığını qeyd edib. Səfir deyib ki, Bakı Sovetinin o dövrdəki sədri S.Şaumyan öz xatirələrində baş vermiş qanlı hadisələrdən məmnuniyyətini gizlətməyərək qırğınların törədilməsi məqsədilə daşnak silahlı qüvvələrindən yardım aldıqlarını etiraf edib. Daha sonra o qeyd olunan qırğınlarda birbaşa iştiraklarını xatırladaraq azərbaycanlı qadın və uşaqların qanlarını tökən daşnak və amansız cəlladların liderləri Andranik Ozanyan və Qaregin Njdeyə müvafiq olaraq Varna şəhərində abidə və Sofiyada xatirə lövhəsinin ucaldılmasının təəssüf hissi doğurduğunu iştirakçıların diqqətinə çatdırıb.

AXC-nin elan olunmasından sonra Nazirlər Şurasının 1918-ci il iyulun 15-də Azərbaycan xalqına qarşı amansızlıqların araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaratmasından danışan N.Qurbanova komissiyanın rus, yəhudi, polyak, gürcü və hətta ermənilər kimi fərqli millətləri təmsil edən hüquqşünaslardan ibarət olduğunu söyləyib. AXC-nin məsələ ilə bağlı fəaliyyətindən söz açan N.Qurbanova dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurumun yaradıldığını, 1919-cu və 1920-ci il mart ayının 31-nin iki dəfə ümummilli matəm günü kimi qeyd olunduğunu qonaqların diqqətinə çatdırıb. Bu təşəbbüsün azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət cəhdi olduğunu söyləyən səfir AXC-nin süqutunun həmin prosesin tamamlanmasını qeyri-mümkün etdiyini bildirib. N.Qurbanova 1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra Azərbaycanın 1918-ci il mart soyqırımının siyasi qiymətləndirilməsinə yenidən diqqət yetirdiyini və AXC-nin yarımçıq qalan missiyasını tamamladığını qeyd edib. Faciənin 80-ci ildönümü ərəfəsində, 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladığını bildirən səfir 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan olunduğunu bildirib. O, 2018-ci il yanvarın 18-də isə Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladığını nəzərə çatdırıb.

Anım mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ingilis dilində hazırlanmış sənədli film nümayiş olunub. Bolqar dilində alt yazı ilə təqdim olunan filmdə xalqımıza qarşı soyqırımı siyasətinin tarixi aspektləri, 31 mart soyqırımının təfərrüatları, Quba Soyqırımı Memorial Kompleksi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və aprel döyüşləri haqqında ətraflı məlumat verilib.

Mərasimin sonunda Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açılıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanda qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub