Çin vaxtı ilə saat 12:00-dək Pekindəki məntəqədə seçicilərin 24,3 faizi səs verib VİDEO
Pekin, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.
Məntəqə seçki komissiyasından bildiriblər ki, bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin