“ELS”: “exit-poll”un nəticələrinə əsasən prezident seçkilərində İlham Əliyev 82,71 faizlə səslə liderdir VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 11 aprel prezident seçkiləri ilə bağlı 118 seçki dairəsinin 300 seçki məntəqəsində “exit-poll” keçirib.
AZƏRTAC xəbər verir ki, “exit-poll”da 60 min anketdən istifadə edilib. Sorğunun ilkin nəticələri səsvermə başa çatdıqdan sonra ictimaiyyətə açıqlanıb. Nəticələrə əsasən səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Əliyev İlham Heydər oğlu- 82,71 faiz
Əlizadə Araz Məmməd Mübariz oğlu-1,87 faiz
Hacıyev Hafiz Ələmdar oğlu-2,01 faiz
Həsənquliyev Qüdrət Müzəffər oğlu- 4,23 faiz
Məmmədov Sərdar Cəlal oğlu-3,56 faiz
Nurullayev Razi Qulaməli oğlu-0,92 faiz
Oruc Zahid Məhərrəm oğlu-3,37 faiz
Quliyev Fərəc İbrahim oğlu- 1,33 faiz
Sorğuda iştirak edənlərin 55,1 faizini kişilər, 43,1 faizini qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 3,9 faizi 18-19 yaş, 17,1 faizi 20-29 yaş, 23,2 faizi 30-39 yaş, 19,4 faizi 40-49 yaş, 19,1 faizi 50-59 yaş və 15,6 faizi 60 yaşında və ondan yuxarı olub.
Bundan başqa, səsvermə prosesinin təşkilini respondentlər bu cür qiymətləndirib: 96,9 faiz müsbət, 1 faiz mənfi.