ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə görə İlham Əliyev 85,57 faiz səs toplayıb VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun (“exit-poll”) nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sorğuda 14 min seçici iştirak edib. “Exit-poll”da iştirak edən seçicilərdən 85,57 faizə qədəri Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə sıralanması belədir:
Qüdrət Həsənquliyev 2,96 faiz
Zahid Oruc 2,92 faiz
Sərdar Cəlaloğlu 2,48 faiz
Hafiz Hacıyev 1,76 faiz
Araz Əlizadə 1,42 faiz
Fərəc Quliyev 1,52 faiz
Razi Nurullayev 1,37 faiz.
Qeyd edək ki, "Exit-poll" 40 seçki dairəsində keçirilib.