Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində prezident seçkiləri ilə bağlı səsvermə başa çatib VİDEO
Paris, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Fransadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Seçicilər azad, demokratik və şəffaf şəkildə səs vermələri üçün yaradılan şəraitdən razı qalıblar.
Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris