REGİONLAR
Quba şəhərində yeni park salınıb VİDEO
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərində salınan yeni park tezliklə sakinlərin istifadəsinə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin giriş hissəsində salınan parkda hazırda son tamamlama işləri görülür. Tezliklə parkda uşaq əyləncə mərkəzinin, müxtəlif attraksionlar, oturacaqlar və işıqlandırma sisteminin quraşdırılması başa çatdırılacaq.
Altı min kvadratmetr ərazidə salınan parkda rayon sakinlərinin, eləcə də Qubaya gələn turistlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq.
Parkda tikinti işlərinə bu ilin yanvar ayından başlanılıb. Park ərazisində 1200 kvadratmetr ərazidə dekorativ kol və ağaclardan ibarət yaşıllıq salınacaq.
Tikinti işləri avqustun sonunadək yekunlaşacaq.