Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO

Astana, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak edib.

Ənənəvi olaraq iclas iki formatda keçirilib. Nümayəndə heyətləri rəhbərlərinin məhdud tərkibdə görüşündə üzv ölkələr arasında əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, maliyyə və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

Azərbaycanın Baş naziri Novruz Məmmədov məhdud tərkibdə iclasda çıxış edib.

İclas iştirakçılarını Azərbaycan Hökuməti adından salamlayan Novruz Məmmədov bildirib ki, MDB bu qurumun üzv dövlətlərinin hərtərəfli əməkdaşlığı, həm regional, həm də beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirəsi və bu məsələlər üzrə qarşılıqlı fəaliyyət üçün mühüm platformadır. MDB formatında daimi sıx əlaqələrin və ikitərəfli əməkdaşlığın səviyyəsi ölkələrimiz arasında qarşılıqlı anlaşmaya və etimadın möhkəmlənməsinə şərait yaradır, Birliyin inkişafında mühüm rol oynayır.

İclasın gündəliyinə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunan Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə başlanan qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması həm bizim ölkənin, həm də bütövlükdə regionun infrastrukturunun modernləşdirilməsinə mühüm töhfə verməkdə davam edir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan regionda mühüm tranzit rolu oynayır. Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılması Azərbaycanın yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir. İqtisadi artımın dinamikasının saxlanması, makroiqtisadi sabitliyin möhkəmlənməsi, investisiya şəraitinin yaxşılaşması, iqtisadiyyatın şaxələndirilməsinin sürətlənməsi əhalinin rifahını yüksəltməyə yönəlmiş uğurlu sosial siyasəti həyata keçirməyimizə imkan verir.

Azərbaycanın bütün sahələrdə, o cümlədən humanitar sferada əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Baş nazir bildirib ki, ölkəmiz humanitar əməkdaşlığın inkişafına sanballı töhfə verir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi” - bu il on illiyi qeyd edilən Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum tolerantlığın və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş birgə səyləri dəstəkləmək üçün səmərəli platformadır. Bu il oktyabrın 25-26-da Bakı şəhərində 86 ölkənin, 25 beynəlxalq və regional təşkilatın nümayəndələrinin iştirakı ilə, artıq ənənə halı almış, beynəlxalq mədəni və humanitar əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfə verən VI Beynəlxalq Humanitar Forum keçirildi. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarına müraciətində VI Bakı Forumunun “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunun müasir cəmiyyət üçün böyük əhəmiyyətini xüsusi qeyd edib.

Baş nazir Novruz Məmmədov vurğulayıb ki, ənənəvi olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlar Azərbaycanın multikulturalizm dəyərlərini və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş səylərini əyani şəkildə nümayiş etdirir. Novruz Məmmədov deyib: “Əminəm ki, humanitar sahədə sıx əlaqələr əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmindir. Hesab edirəm ki, MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2019-2020-ci illər üçün Prioritet Tədbirlər Planının həyata keçirilməsi humanitar sferada, xüsusən təhsil, elm, mədəniyyət, idman, turizm, habelə gənclərlə iş sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə şərait yaradacaq”.

MDB məkanında nizamlanmamış münaqişələr məsələsinə toxunan Azərbaycanın Baş naziri qeyd edib ki, bu problem regional əməkdaşlığın həyata keçirilməsi və Birliyin iştirakçısı olan bütün dövlətlər arasında daha sıx qarşılıqlı fəaliyyət üçün başlıca maneədir. Münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun şəkildə tezliklə nizamlanması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək, davamlı inkişaf üçün daha əlverişli şərait yaradacaq.

x x x

Sonra MDB Hökumət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib. İclasının gündəliyinə müxtəlif sahələrdə əməkdaşlığa dair 15 məsələ daxil edilib.

Əvvəlcə iclasda MDB iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti, nüvə və ya radiasiya qəza vəziyyəti yarandığı halda onların nəticələrinin aradan qaldırılmasına dair qarşılıqlı yardım üzrə saziş müzakirə edilib.

Sazişin əsas hədəfi fövqəladə hallar zamanı radioaktiv təsirə məruz qalan böyük ərazilər üçün bərpa texnologiyalarının işlənib hazırlanması, əhalinin təhlükəsizliyinin və sosial reabilitasiyasının təmin edilməsidir.

Eyni zamanda, iclasda sərbəst ticarət razılaşması layihəsinin hazırlanmasına xüsusi diqqət yetirilib. Qarşılıqlı ticarətdə sədlərin aradan qaldırılması üçün bu sahədəki prosedurların sadələşdirilməsi, həmçinin yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, birgə fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində konkret təkliflər səsləndirilib.

İclasda MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2019-cu il mayın 31-də Aşqabadda keçirilməsi qərara alınıb.

Hökumət Başçıları Şurasının Astana iclasının yekununda bir neçə sənədin, o cümlədən MDB üzv dövlətləri arasında vergi idarəçiliyi üzrə elektron informasiya mübadiləsi haqqında Protokol imzalanıb.

Bununla da iclas işini başa çatdırıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları