Messinin “Liverpul”un qapısına vurduğu top Çempionlar Liqasının ötən mövsümünün ən yaxşı qolu seçilib VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı qolu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin “Liverpul”un qapısına cərimə zərbəsindən vurduğu top mövsümün ən yaxşı qolu seçilib. Mayın 1-də turnirin yarımfinal mərhələsinin birinci görüşündə hesab 2:0 olarkən Lionel Messinin 28 metr məsafədən cərimə zərbəsindən vurduğu top “Liverpul”un qapıçısı Alison Beyker üçün əlçatmaz olub.
Qeyd edək ki, “Barselona” həmin qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 0:4 hesablı məğlubiyyətlə üzləşdiyindən turnirdə mübarizəni dayandırıb.